1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığorta sektorunun iki aparıcı şirkəti əməkdaşlıq sazişi imzaladı
28.09.2018

Baki, FinanceTime.  Azərbaycan sığorta sektorunun aparıcı şirkətləri olan “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC əməkdaşlıq sazişi imzalamışdır. Sazişin məqsədi şirkətlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, ödəniş qabiliyyətinin artırılması, sığorta hadisələrinin tənzimlənməsində birgə fəaliyyət və müştəri məmnuniyyətinin təmin olunmasından ibarətdir.

Sazişin imzalanma mərasimində çıxış edən “AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev qeyd etmişdir: “Sığorta sektorunun qabaqcıl şirkətləri arasında əməkdaşlıq sazişinin bağlanması təqdirəlayiq haldır. Bu saziş şirkətlər arasında əməkdaşlığın güclənməsinə, həmçinin proseslərin sürətlənməsinə böyük fayda verəcəkdir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən digər sığorta şirkətləri də bu prosesə qoşulmaqla sığorta sektorunda şəffaf qarşılıqlı fəaliyyətə dəstək verəcəklər”.

“Atəşgah” Sığorta Şirkəti İdarə Heyətinin sədri Azər Əliyev bildirmişdir: “İmzaladığımız saziş şübhəsiz ki, bütövlükdə sığorta bazarına müsbət təsirini göstərəcək. Çünki bu, sığortaçılar arasında qarşılıqlı anlaşma, müştərilərə təqdim edilən xidmət keyfiyyətinin yüksəldilməsi, sığorta mədəniyyətinin təbliği, sığorta vasitəçilərinin motivasiya sisteminin təkmilləşdirilməsi, eləcə də əhali üçün sərfəli və baha olmayan yeni sığorta məhsullarının tətbiqinə imkan yaradacaq”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment