1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Excelsior Hotel & Spa Baku” oteli yeni xidmət təqdim edib
10.10.2018

Baki, FinanceTime.  “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranı 1 oktyabr tarixindən qonaqlara şam yeməyi açıq bufeti təşkil etməyə başlayıb. Şam yeməyi menyusu  hər gün dəyişilir və müxtəlif çeşidlərdən ibarətdir. Bir nəfər üçün 19 manata təklif edilən menyuda yerli və Avropa mətbəxinin yeməkləri təqdim edilir. Müxtəlif isti yeməklər, sup, suşi, 24 çeşid salat, 14 çeşid desert, meyvə çay, kofe, təbii şirələri daxildir. Oteldə qalan qonaqlar, həmçinin kənardan gələn qonaqlar şam yeməyi açıq bufetin xidmətlərindən istifadə edirlər. Şam yeməyi açıq bufet həftə içi 5 gün saat 19.00-22.00-a qədər  qonaqların xidmətində olur.

“Excelsior Hotel & Spa Baku” otelinin satış və marketinq üzrə direktoru İlkin Rüstəmov bildirib ki, otel qonaqların tövsiyyələrini daim diqqət mərkəzində saxlayır və öz xidmətlərni daima inkişaf etdirmək üçün mənbə olaraq qəbul edir. Otelinin qonaqlarının təklifləri əsasında yeni şam yeməyi açıq bufeti xidməti fəaliyyətə başlayıb. Həmçinin,  “Belveder” restoranı qonaqlara həftə içi 5 iş gün, saat 12:00-15:00-dək olan müddətdə bir nəfər üçün 14 AZN təşkil edən  biznes nahar açıq bufet xidməti göstərir.  Qonaqların otelə rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Qeyd edək ki,  “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir.Excelsior Otel müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən möhtəşəm 5 ulduzlu oteldir. Otel, ənənə və yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla birləşdirir. Otel klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir.  “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment