1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir
15.10.2018

“Startapçı həyatından bir gün”

Baki, FinanceTime. "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafında öz iştirakını davam etdirir. Mərkəz əməkdaşları bu dəfə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Barama Gəncə Mərkəzində startapları bir araya gətirib. “Startapçı həyatından bir gün” adlı bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Mərkəz əməkdaşları eyni zamanda sahibkar olmağın çətinlik və üstünlükləri haqqında danışıb, görüş iştirakçılarının suallarını cavablandırıblar. Həmçinin, Mərkəzin rezindentlərindən olan “Owbike” startap-ının rəhbəri Həsənağa Azad da bu görüşdə öz təcrübəsini paylaşıb. “Niyə startapçı olmalısınız?”, “Startap qurmağa nədən başlamaq lazımdır?”, “Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları yerli entuziast gənclərlə paylaşıb.

Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara dəstək olmaq məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə ötən il Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment