1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müzakirələr aparılmışdır
05.11.2018

Mərkəzi Bankın məlumatına əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin 15-16 noyabr tarixlərində keçiriləcək "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilmişdir.

Görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilmiş,  forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilmişdir.

Qeyd edək ki, forumun panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer veriləcəkdir. Belə ki, forumda Mərkəzi Bank  tərəfindən reallaşdırılan“Dövlət Proqramı – strateji hədəflər, qarşıya qoyulan vəzifələr”, “Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi”, “Ani ödənişlər sistemi”və digər bu kimi aktual mövzularda təqdimatlar keçiriləcəkdir.

Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəkdir. Eyni zamanda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaqdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment