1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Aleksey Yaqudin və Tatyana Totmyanina azərbaycanlılar arasında düzgün qidalanma ənənəsini dirçəldirlər
27.11.2018

Baki, FinanceTime. Bu il “Herbalife Nutrition” şirkəti Azərbaycan bazarında beşillik yubileyini qeyd edir. Bu münasibətlə şirkətin səfirləri – fiqurlu konkisürmə üzrə Olimpiya çempionları Aleksey Yaqudin və Tatyana Totmyanina Bakını ziyarət ediblər.

“Four Seasons Baku” hotelində mətbuat konfransı keçirilib: Aleksey Yaqudin və Tatyana Totmyanina balanslaşdırılmış qida üzrə şirkətin eksperti Aleksandr Martınçuk və tədbirin moderatoru Natella Kərimova ilə birgə balanslaşdırılmış qida və ailədə düzgün menyuya riayət olunmaması problemləri ətrafında müzakirə aparıblar. 

Mətbuat konfransı zamanı spikerlər media nümayəndələrinin suallarını cavablandırıb, düzgün qidalanma yolunda ailədə birliyin olmasının vacibliyi və çəkiyə nəzarətin xüsusiyyətləri barədə danışıb, həmçinin, rasionları haqqında detalları ilə bölüşüblər.

Bu ailə cütlüyü ardıcıl olaraq 3 mövsümdür şirkətin səfirləridir. Onların sözlərinə görə, bu, düşünülmüş addım idi. Belə ki, onlar üçün keyfiyyətli və dəyərli məhsulla işləmək olduqca vacibdir. Düzgün qida mövzusu ömrü boyu onları müşayiət edir. Peşəkar idmanın artıq keçmişdə qalmasına baxmayaraq, həyat ritmi və məşqlərdəki gərinlik heç də azalmayıb. Məhz buna görə düzgün məhsulların seçimi – onların ailə həyatının əsas maddələrindəndir.

Aleksey Yaqudin ilk öncə vəzifəsi sağlam və faydalı olmaqdan, orqanizmi enerji ilə zənginləşdirməkdən və, nəhayət, onu sadəcə oyatmaqdan ibarət səhər yeməyinin əhəmiyyətini vurğulayıb və bildirib ki, belə halda orqanizm bütün gün üçün gözəl köklənəcək.

Öz növbəsində Tatyana Totmyanina qidalanma zamanı bütün insan vərdişlərinin uşaqlıq dövründən gəldiyini xüsusi vurğulayıb, məhz bu səbəbdən uşaqlara gözəl nümunə olmaq, onlarda düzgün məhsul seçiminin və sağlam rejim təməlini qoymaq çox vacib məsələdir.

Aleksey və Tatyana çox vaxt bunu etmək çətin olduğunu bildiriblər, belə ki, nənələrin nəvələri doyunca necə yedirməkləri hər kəsə məlumdur. Lakin hətta belə hallarda bir o qədər də faydalı olmayan məhsullardan yan keçmək mümkündür.

Aleksandr Martınçuk da ailədə qidalanma vərdişlərinin əhəmiyyətini vurğulayıb, “geniş sümük” və “düzgün olmayan genlər” haqqında mifləri bir daha ifşa edib və bildirib ki, rejim düzgün işlənib hazırlandığı halda istənilən kəs formaya düşə bilər. Aleksandrın sözlərinə görə, bütün yazılmış diyetalar çox vaxt faydasızdır: kimi ac qalır, kimi təkcə şorba yeyir, nəticədə isə həmin şəxs diyetasını pozur və ya sonda müvafiq məhsuldan bezir.

Tədbir çərçivəsində qonaqlara 3 qeyri-adi reseptlə hazırlanmış “Herbalife Nutrition Formula 1” protein kokteyllərini dequstasiya etmək, həmçinin, faydalı yeməyin həm də ləziz olmasını bir daha sübut etmək üçün eksklüziv hazırlanmış ”sağlam menyu” təklif olunub.

 

 

“Herbalife Nutrition” şirkəti haqqında:

“Herbalife” – sağlam həyat tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin əsası 1980-ci ildə Los-Anceles şəhərində qoyulmuşdu vəhazırda “Herbalife” məhsulları dünyanın 90-dan çox ölkəsində Müstəqil Partnyorlar tərəfidən yayılmaqdadır. “Herbalife” yüksək keyfiyyətli məhsulları hazırlayıb təqdim etməklə və balanslaşdırılmış qidalanmaya fərdi yanaşma ilə insanlara artıq çəki vəzərərli qidalanma vərdişlərilə mübarizə aparmağa kömək edir və bununla da istifadəçiləri sağlam qidalanma vərdişlərini yaratmağa, çəkiyə nəzarət etməyə və fəal həyat tərzi sürməyə ilhamlandıran atmosfer yaradır. Hazırda şirkətin işçi heyəti bütün dünyada 8 min əməkdaşdan artıqdır; şirkətin səhmləri Nyu-York fond birjalarında sövdələşirlər (NYSE: HLF), şirkətin 2015-ci ildə xalis satış həcmi isə 4,5 milliard ABŞ dolları təşkil edib. Ətraflı məlumat almaq üçün Herbalife.com və ya IAmHerbalife.com saytlarına daxil olun.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment