1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank 24 saat ixtiyarınızda!
11.12.2018

TuranBank-ın “Yasamal” filialı artıq həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərəcək.

Bakı, FinanceTime.  Son dövrlərdə ölkəmizdə turizmin inkişafı və turistlərin ölkəmizə marağının artması fonunda bank xidmətlərinə olan tələbat kəskin artmışdır. Bununla əlaqədar, həmçinin, iş saatlarında bank xidmətlərindən istifadə edə bilməyən vətəndaşların ehtiyaclarını nəzərə alaraq və bankımıza olan müştəri məmnuniyyətinin artırılması məqsədilə, TuranBank ASC-nin Bakı şəhəri, Nizami küçəsi, bina 53 ünvanında yerləşən “Yasamal” filialının iş rejimi dəyişdirilərək 24 saatlıq tam fasiləsiz iş rejiminə (24/7) keçirildi.

Yeni iş rejiminə əsasən filial iş günləri 09:00–17:30 saatları aralığında adi iş rejimində, 17:30–09:00 saatları aralığında isə məhdud iş rejimində fəaliyyət göstərəcək. Məhdud iş rejimində (saat 17:30–09:00) filialda təqdim ediləcək xidmətlərə- valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişləri, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal əməliyyatları, plastik kartların təhvil verilməsi kimi əməliyyatlar daxildir.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

www.turanbank.az

Instagram - @turanbank

 Facebook - @TuranBankASC

 Linkedin - @TuranBank

























 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment