1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda "Ali təhsilin rəqəmsal transformasiyası" seminarı keçirilib
04.01.2019

Bakı, FinanceTime. “Microsoft Azerbaijan” şirkəti Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda ali məktəblərin inzibati heyəti üçün "Ali təhsilin rəqəmsal transformasiyası" mövzusunda seminar təşkil edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, ölkədə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır.

Nazir müavini qeyd edib ki, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir.

Öz növbəsində “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov tədbir iştirakçılarının diqqətə çatdırıb ki, “Microsoft”və Azərbaycan höküməti arasında dövlət strukturları və ali təhsil müəssisələri üçün proqram təminatı lisenziyalarının alınması ilə bağlı 3-illik saziş imzalanıb. Sazişin bağlanması zamanı ölkənin bütün ali təhsil müəssisələrinin tələbələri üçün pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı təqdim olunub.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov xatırladıb ki, bu ilin iyun ayında “Microsoft” və Nazirlik arasında dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalanıb, tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının, o cümlədən ali təhsil müəssisələrinin kompüterlərini “Microsoft” proqram təminatı lisenziyaları ilə təmin etmək nəzərdə tutulub.Bundan başqa, sazişin bağlanması zamanı “Microsoft” tərəfindən təqdim olunan “Tələbə üstünlükləri” proqramından da yararlanaraq Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələrinin fərdi kompüterləri üçün əlavə olaraq pulsuz “Windows” əməliyyat sistemi və “Office 365” proqramı ilə təmin olunacaq.

“Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq. Azərbaycanın təhsil sektorunun nümayəndələri arasında rəqəmsal transformasiyaya böyük marağın olmasına baxmayaraq onun icra prosesi hələ erkən mərhələdədir. “Microsoft” uğurlu rəqəmsal transformasiyanın dörd əsas açarını vurğulayır: tələbələrin cəlb edilməsi, müəllimlərə və tələbələrə dəstəyin göstərilməsi, təhsil müəssisələrinin optimallaşdırılması, tədris prosesinin transformasiyası. Tələbələrin cəlb olunması üçün təhsil müəssisələri rəqəmsal, interaktiv və fərdi məzmunları tətbiq etməlidir”, - deyə Emin Axundov bildirib.

Tədbirdə, həmçinin, qeyd olunub ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır. IDC-nin (“International Data Corporation”) 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycanda lisenziyasız proqram təminatının istifadəsi əvvəlki illərə nisbətən azalıb. Tələb olunan lisenziyaların əksər hissəsi isə məhz “Microsoft” korporasiyasının məhsullarıdır. 

Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisəsinin rektorları çıxış edib, təhsil ocağlarının rəqəmsal transformasiya barədə təcrübə mübadiləsi aparıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment