1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi
17.01.2019

Bakı, FinanceTime.  “Nar” paytaxtda yeni mağazasını təqdim etdi. Müasir konseptə uyğun olaraq açılan “Nar” mağazası şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Mağaza Bakı şəhəri, Xətai rayonu, M.Hadi 26C (H.Aslanov metrostansiyasının çıxışında) ünvanında yerləşir. Qeyd edək ki, mağazada müştərilərə nömrələrin satışı, internet paketlərinin alışı ilə yanaşı, diler əməkdaşı tərəfindən müxtəlif yüksəkkeyfiyyətli müştəri xidmətləri göstərilir.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, yanvar ayının sonuna qədər mağazadan “Nar” nömrə alan müştərilərə ikinci nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alan müştərilərə də “Nar” nömrələri hədiyyə olunacaq. Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan mobil operator, mağazada təqdim etdiyi müxtəlif təkliflərlə “Nar” istifadəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment