1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AZSIĞORTA “Fitch Ratings”-lə əməkdaşlığı dayandırır
28.08.2020

AZSIĞORTA ASC “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.

Bütün dünyada, eləcə də ölkəmizdə yayılmış COVİD-19 virusu iqtisadiyyatın bir çox sahələrinə olduğu kimi sığorta sektoruna da təsir göstərməkdədir. Qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar və iqtisadi böhranın labüdlüyü şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaldır. Bu kimi amillərlə yanaşı, xərclərin optimallaşdırılması, ölkədən xaricə valyuta ödənişlərinin azaltmaq məqsədilə AZSIĞORTA ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. 

20.3 milyon AZN nizamnamə kapıtalı ilə yüksək kapitallaşma mövqeyinə malik olan AZSIĞORTA ölkədə beynəlxalq reytinqli iki sığorta şirkətindən biri idi.  Xatırladaq ki, daha öncə, bu ilin may ayında “Fitch Ratings” şirkətin maliyyə gücünü “B” səviyyəsində, proqnozunu isə Stabil olaraq təsdiq etmişdi. 

Qeyd edək ki, tətbiq olunan izolyasiya qaydaları və karantin tədbirlərinə baxmayaraq şirkətin maliyyə nəticələri müsbət dinamika ilə hərəkət etməkdədir. Cari ilin birinci yarımilliyi üzrə nəticələrinə əsasən AZSIĞORTA-nın xalis mənfəəti 1,24 milyon manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 36% çoxdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment