1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bazarın aparıcı oyuncularından olan “Qala Həyat və Qala Sığorta” Şirkətləri birlikdə daha güclüdürlər
02.09.2020

Pandemiya və onun davam edən nəticələrinin ölkə iqtisadiyyatının bir çox sahələrinə,o cümlədən sığorta sektoruna da təsirsiz ötüşmədiyi bir zamanda, ”Qala Sığorta” və “ Qala Həyat” şirkətləri mövcud şəraitdə sığorta bazarının real imkanlarını düzgün dəyərləndirmək,biznesin inkişafı istiqamətində çevik addımlar atmaq üçün səylərini uğurla davam etdirirlər. 

Şirkətlərin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ötən həftə “ Qala Sığorta”nın ofisində hər iki şirkətin rəhbər şəxsləri, satış komandalarının onlayn formatda iştirakı ilə işgüzar görüş keçiriblər.Görüş nəticəsində, aidiyyəti şəxslər olan bu iki təşkilatın pandemiya dövründə güclərini birləşdirərək daha mütəşəkkil şəkildə sığorta bazarındakı problemlərin həllinə çalışaraq bazarda ədalətli rəqabəti formalaşdırmaq uğrunda mübarizə aparmaqla yanaşı müştərilərin həm həyat, həm də qeyri-həyat sahəsində sığorta ehtiyaclarını kompleks şəkildə təmin olunması istiqamətində konkret qərarlar qəbul olunmuşdur.

Belə ki, müzakirə əsnasında sözü gedən şirkətlər həm Bakı şəhərində ,həm də bölgələrdə yeni ofislər açaraq sığorta sahəsinə marağı olan gənclərin işə çəlb olunmaqla onların inkişafını təmin etməyə, mövcud kadr resurslarından düzgün istifadə etməklə şirkətlərin sığorta xidmətlərini fiziki və hüquqi şəxslərə düzgün formada çatdırmağa, bununla da Respublikanın istənilən bölgəsində müştəri məmnuniyyətinin daha da artırılmasına nail olmağa hədəfləniblər. 

Xüsusi ilə qeyd olunmalıdır ki,  hal-hazırda “Qala Sığorta” Şirkətinin 1 filial və 9 regional  nümayəndəliyi əhatə etməklə geniş satış şəbəkəsi var. Şirkətin işçilərinin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, əsasən satış mütəxəssisləri olmaqla daha 21 nəfər artaraq 137 nəfərə çatmışdır.Yeni satış kanallarının yaradılması yaxın gələcəkdə də işçilərin sayının əhəmiyyətli dərəcədə artmasını istisna eləmir. Bu cür inzibati resurs “Qala Həyat” Sığorta Şirkəti üçün daha az xərc çəkməklə öz məhsullarını rahat şəkildə istehlakçılara çatdırmağa imkan verir.Digər bir vacib məqamı da vurğulamaq lazımdır ki, şirkətlərin çoxşaxəli və zəngin təcrübəyə malik mövcud insan resursları onların, istehsalat zərurəti ilə əlaqədar birinin digərindən kadr transfer etmək ənənəsini yaradacaq.Eyni zamanda tezliklə açılacaq yeni ofislər və işə götürülən gənc kadrlar bölgələrdə “Qala Həyat” və “Qala Sığorta” nı təmsil etməklərinə baxmayaraq ümumilikdə sığorta bazarının yerlərdə inkişafına əhəmiyyətli töhfə vermiş olacaqlar.

Xatırladaq ki, uzun illərdən bəri sığorta bazarında fəaliyyət göstərən hər iki şirkətin səhmdarı“AzRe Təkrarsığorta” ASC-dir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment