1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Şirkətinin 25 il ərzində müştərilərinə ödədiyi sığorta ödənişləri haqqında – AÇIQLAMA
16.04.2021

Cari ilin dekabr ayında yerli sığorta bazarının ən güclü təmsilçilərindən biri olan  “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin 25-ci ildönümünü qeyd edəcək. Artıq 25 ilə yaxındır ki, Şirkət fasiləsiz olaraq sığorta sahəsi üzrə öz fəaliyyətini uğurla davam etdirir.

Könüllü və icbari sığorta növləri üzrə müştərilərə xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti hər zaman innovativ və texnoloji yeniliklər tətbiq edərək müştəri məmnuniyyətini artırmaq və onların maraqlarını müdafiə edərək xidmət keyfiyyətini yüksəltməyə davam edir.

“Atəşgah” Sığorta Şirkətinin yarandığı tarixdən bü günədək ödənişlər üzrə verdiyi hesabata əsasən Şirkət tərəfindən müştərilərə 185 509 425 AZN sığorta ödənişi həyata keçirilmişdir. Bu göstəricilər arasında AVSMMİS növü üzrə 77 620 mln. AZN-dən, KASKO sığorta növü üzrə isə 29 807 mln. AZN-dən çox pul vəsaiti ödənilib.

Şirkətin əsas hədəfinin tənzimləmə prosesinin operativliyini, şəffaflığını və ədalətliliyini təmin etmək olmasını nəzərə alaraq, cari il ərzin müştərilərə ödənilən sığorta ödənişlərinin həcminin artması davam edəcək.

Hal-hazırda Şirkətin fokuslandığı əsas fəaliyyət istiqamətlərindən biri müasir texnologiyaların da tətbiq olunduğu və Şirkətin yeni hazırlayacağı ESG-strategiyasına əsasən yeni sığorta məhsulları hazırlayaraq bazara təqdim etməkdir.

Qeyd edək ki, ESG (Environmental Social Governance) strategiyası çərçivəsində tətbiq olunacaq müasir ESG sistemlər, ağıllı texnologiyalar və yenilikçi yanaşmalar iqtisadiyyatın  fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment