1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Sığorta” şirkətinin adından və nüfuzundan istifadə etməklə vətəndaşlar aldadılır
28.04.2021

Artıq xeyli müddətdir ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə bəzi şəxslərin etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədi ilə vətəndaşları aldatması və ödəniş edilməsi qarşılığında işlə təmin edilməsi ilə bağlı oxşar müraciətlər daxil olmaqdadır. Müraciətlərin araşdırılması zamanı məlum olmuşdur ki, ölkənin müxtəlif regionlarında bir qrup şəxs tərəfindən “PAŞA Sığorta” ASC adından istifadə etməklə vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsənilmişdir. Belə ki, həmin şəxslər insanları müəyyən məbləğdə pul ödənilməsi müqabilində “PAŞA Sığorta” ASC-də işə qəbul ediləcəyi vədiylə aldatmışlar. 

Sözügedən məsələ ilə bağlı daxil olmuş müraciətlər və aparılmış araşdırmaların nəticələri əsasında tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilmiş və müvafiq tədbirlər görülmüşdür.

 “PAŞA Sığorta” ASC olaraq vətəndaşlarımıza bildirmək istərdik ki, bu cür hallar şirkətimizin işə qəbul siyasətinə ziddir və bu şəxslərin şirkətlə heç bir əlaqəsi yoxdur. “PAŞA Sığorta” və onun əməkdaşları tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan qeyri-qanuni olaraq heç bir pul vəsaiti tələb edilə bilməz. Şirkətdə işə qəbul prosesi iş etikası çərçivəsində və qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf və hər kəsə bərabər imkanlar yaratmaqla həyata keçirilir. Şirkət tərəfindən elan olunan vakansiyalar şirkətin rəsmi internet saytının “Karyera” bölməsində yerləşdirilir (https://www.pasha-insurance.az/career/#vacancies_list)və daimi olaraq yenilənir. Müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər öz CV-lərini recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərə bilərlər.

Bir daha ölkə vətəndaşlarına müraciət edərək maksimum dərəcədə diqqətli olmağa, belə şəxslərə və yalançı vədlərə aldanmamağa çağırırıq. Oxşar təkliflərlə rastlaşdıqda şirkətimizin baş ofisinə və ya bölgələrdəki nümayəndəliklərinə, habelə hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment