1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Roland Emmerihin yeni “Ayın düşməsi” filmindəki kosmik missiya Kaspersky tərəfindən qorunur
04.02.2022

Kaspersky istehsalı olan həll “Ayın düşməsi” filmində qəhrəmanların Yer kürəsini xilas etmək üçün başlatdığı missiyada istifadə edilib. Filmin Azərbaycandakı premyerası 3 fevral tarixində baş tutub.

Roland Emmerihin yeni ekran əsərində planetimiz Ayla toqquşma təhlükəsi ilə üz-üzə qalır. Sirli bir güc Yer kürəsinin yeganə peykini orbitdən çıxarır və bununla da insanlığın mövcudluğunu təhlükə altında qoyur. Bu təhlükə barədə ehtimal olunan toqquşmanın baş verməsi və planetin məhvinə bir neçə həftə qalmış xəbər tutulur. Praktiki olaraq mümkünsüz görünən kosmik missiyanı üç nəfər qəhrəman həyata keçirir – NASA-nın rəhbəri olan keçmiş astronavt qadın, onun bədnam həmkarı və konspirasiya nəzəriyyəsinin tərəfdarı olan bir nəfər. Onlar Yer kürəsini xilas etmək üçün Kaspersky həlləri tərəfindən qorunan kosmik gəminin göyərtəsində yola çıxırlar.

“Kaspersky və digər tərəfdaşlarımıza bu filmi ərsəyə gətirməkdə bizə kömək etdikləri üçün təşəkkür edirik. Premyeranı səbrsizliklə gözləyirik və sevinc və həyəcanımızı bu yolda bizimlə birgə addımlayan hər kəslə bölüşürük”, - deyə “Ayın düşməsi” filminin ssenari müəllifi, prodüseri və rejissoru Roland Emmerih, həmçinin ssenari müəllifi və prodüser Harald Klozerin ortaq bəyanatında bildirilir. 

“Roland Emmerihin fantastik döyüş filmi olan “Ayın düşməsi” filminin bir hissəsi olduğumuza görə çox sevinir və qürur duyuruq. Filmdə qəhrəmanların kosmik səyahətini qoruduğumuz kimi bizim əsas missiyamız insanlıq üçün daha təhlükəsiz dünya, texniki inkişafsız təsəvvür olunmayan gələcək qurmaqdır. Kosmik tədqiqatların qabaqcıl texnologiyalardan istifadə ilə həyata keçirilməsi olduqca vacibdir. İnsanların bu filmi və bizim ordakı rolumuzu görəcəyi anı səbrsizliklə gözləyirik”, - Kaspersky-nin marketinq üzrə vitse-prezidenti Endryu Uinton deyib. 

Kaspersky elm və kosmosun öyrənilməsi ilə bağlı təşəbbüsləri daim dəstəkləyir. Misal üçün, Y.A. Qaqarin adına Kosmonavtların Hazırlanması üzrə Elmi-Tədqiqat Sınaq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində şirkət kosmonavtların informasiya təhlükəsizliyi üzrə təlimini həyata keçirib. Eyni zamanda Kaspersky alim, kosmonavt, yazıçı, rəssam, musiqiçi və sahibkarları bir araya gətirən tanınmış beynəlxalq elmi festivalı olan Starmus ilə əməkdaşlıq edir. Bundan başqa, şirkət həm də Yer kürəsinə yaxın orbitin tullantılardan təmizlənməsi üzrə StartRocket startap layihəsini də dəstəkləyir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment