24 yanvar 2023-cü il tarixində “Finex Kredit” BOKT ASC-nin Səhmdarlarının Ümumi illik Yığıncağı keçiriləcəkdir.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. 2022-ci ilin yekunlarının müzakirəsi.
2. 2022-ci ilin maliyyə yekunlarının müstəqil auditor tərəfindən aparılmış auditinin nəticələrinin təsdiqi.
3. 2023-cü il üzrə şirkətin inkişaf perspektivləri.
4. Digər məsələlər.
Qeyd edək ki, “Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı 10 fiziki şəxs səhmdara məxsusdiur.
Səhmdarların illik ümumi yığıncağı Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən “Finex Kredit” BOKT ASC-nin baş ofisində baş tutacaqdır.