|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
14.12.2022 | |
| |
14 dekabr və 15 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün)
|
ISIN
|
Qeydiyyataalınmış məbləğ (manat)
|
Hərrac
tarixi
|
Hərraca çıxarılan məbləğ (manat)
|
Nomi nal
|
Miqdar
|
Notun ödəniş tarixi
|
28
|
AZ2049024709
|
30,000,000
|
14.12.2022
|
30,000,000
|
100
|
300.000
|
11.01.2023
|
84
|
AZ2050024705
|
30,000,000
|
14.12.2022
|
30,000,000
|
100
|
300.000
|
08.03.2023
|
168
|
AZ2051024704
|
30,000,000
|
15.12.2022
|
30,000,000
|
100
|
300.000
|
01.06.2023
|
252
|
AZ2052024703
|
30,000,000
|
15.12.2022
|
30,000,000
|
100
|
300.000
|
24.08.2023
|
Hərracda bir bank tərəfindən verilən rəqabətli sifarişlərin sayına məhdudiyyət tətbiq olunmur. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
|
|
|
|