14 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2050024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 98.6538(5.85%) manat və 98.9381 (4.60%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği
26,021,100 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6538 (5.85%) manat, orta ölçülmüş qiyməti isə 98.8054 (5.18%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 26,021,100 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 08.03.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.