22 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2055024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95.5840(9.9%) manat və 96.6184 (7.5%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39,659,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.1847 (8.5%) manat və orta ölçülmüş qiyməti 96.4003 (8%)manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 08.06.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.