|
|
|
Neft və qaz | | | Yanvar ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunmuşdur |
13.02.2013 | |
| |
Cari ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 577 min 193 ton Azərbaycan nefti nəql olunmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il fevral ayının 1-ə qədər BTC-yə 208 milyon 29 min 7 ton neft vurulmuşdur.
Bundan başqa, 2013-cü ilin yanvar ayında BTC kəməri ilə 196 min 447 ton Türkmənistan nefti nəql olunmuşdur.
www.azertag.com
|
|
|
|