1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Glensol və ENRX mühüm texnologiyanın nümayişi üçün Açıq Gün təşkil edib
13.07.2023

Bu yaxınlarda, Glensol şirkəti, qlobal yaşıl texnologiya şirkəti ENRX (keçmiş EFD) ilə birgə Glensolun “Sizin Vahid Pəncərəniz” (Your One Stop Shop) emalatxanasında müştəriləri üçün texnologiya Açıq Günü təşkil edib.

İki gün davam edən tədbir Glensol və ENRX arasındakı yeni tərəfdaşlığı qeyd etmək, həmçinin dənizdəki qurğularda geniş istifadə olunan ENRX-ə məxsus texnologiyaların – induksiyalı isitmə sistemlərinin (isitmə həllərinin) – təqdimatını keçirmək məqsədi daşıyıb.

Glensol şirkətinin Baş direktor müavini Anar Orucov açılış nitqində qeyd edib: “Tərəfdaşlıq əməkdaşlığına başlamaq bizim üçün starteji qərardır və tərəfdaşları seçərkən biz əsas üç cəhətə üstünlük veririk: qabiliyyət, dayanıqlılıq və yerli mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsi. Bunlar bizim öhdəliklərimizi mümkün olan ən yüksək səviyyədə yerinə yetirməyimiz üçün vacib amillərdir.

Bizim ENRX ilə olan əməkdaşlığımız buna gözəl nümunədir. ENRX şirkətinin induksiyalı isitmə və digər yaşıl həll texnologiyaları üzrə olan onilliklərin təcrübəsi bizə dənizdə texniki qulluq xidmətimizi daha təhlükəsiz, sərfəli, sürətli və ən vacibi isə dayanıqlı şəkildə görməyə imkan verir.”

“Bizim yüksək təlim keçmiş mühəndislərimiz açıq alovdan istifadə mümkün olmayan təhlükəli ərazilərdə istiliyi bir neçə saniyə ərzində vermək, yaymaq və metal komponentləri asanlıqla və təhlükəsiz şəkildə çıxarmaq üçün induksiyalı isitmə avadanlıqlarından istifadə edirlər. Ən son olaraq, fürsətdən yararlanaraq mən, bizim tərəfdaş şirkətimizə bu qabaqcıl texnologiyadan səmərəli şəkildə istifadə edə bilmələri üçün yerli mütəxəssislərimizin

təlimində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu, milliləşdirmə strategiyasına olan vacib töhfədir.”

ENRX şirkətinin Biznesin inkişafı üzrə icraçı şəxsi Skot Klayv Donald deyib: “ENRX və Glensol Xəzər regionundakı müştərilərə xidmət etmək üçün birgə işləyəcəklər. Glensolun təlim keçmiş mühəndisləri və ENRX şirkətinin ixtisaslı mühəndisləri metalların termal genişlənmə üsulu ilə montajı, boya və astar örtüklərinin çıxarılması və qaynaq öncəsi və sonrası metalın qızdırılma prosesidən tutmuş boltların çıxarılmasına qədər sənaye üçün

həyati vacib olan texniki iş yükünün öhdəsindən asanlqla gələ biləcəklər.” Hər iki şirkətin yaxın və birgə fəaliyyəti müştərilərə “vahid pəncərə” xidməti göstərərək biznes və daha böyük miqyasda sənaye üçün daha çox dayanaqlılığı təmin edəcəkdir. Bu baxımdan keçirdiyimiz iki günlük tədbir böyük uğur idi, belə ki, müştərilər bizim xidmətlərimizin onlara və sənayeyə nə kimi dəyər qata biləcəyinə dair həm məlumat əldə etdilər, həm də prosesi öz gözləri ilə gördülər.”

***

2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət böyük enerji şirkətləri də daxil olmaqla yerli və xaici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər Glensolun müştəriləri sırasındadır.

Glensol şirkəti haqda daha ətraflı məlumat üçün: www.glensol.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment