“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Dr.Samir Ağalarov “Suyun faydaları” mövzusunda məlumat verib.
Suyun hansı faydaları var? Gün ərzində nə qədər su içmək lazımdır?
Su insan orqanizmi üçün çox vacibdir. Xüsusilə insan bədəninin 70%-i sudan ibarətdir. Suyun faydaları sonsuzdur. Böyrək daşı əmələ gəlməsinin qarşısını almaqla yanaşı, yoğun bağırsaq xərçənginə tutulma riskini də 45% azaldır. Gün ərzində tərləmə, nəfəs alma və sidiyə getmə səbəbi ilə təxminən 10 stəkan suyun xaric olduğunu nəzərə alaraq, gündə 2 litrdən çox su içilməsinin önəmli olduğunu bilməliyik. Bu da 8 stəkandan çox su deməkdir.
Sağlam bir bədəndə həddindən artıq suya ehtiyac yarandıqda və bu vəziyyət aradan qaldırılmadıqda, bəzi hormonlar aktivləşir və qandakı maye miqdarının azalması səbəbindən yaranan impulsları beyinə ötürür. Susuzluğumuzu yatırmadığımız zaman dilimiz və boğazımız quruyur, damaq badamcıqlarımız azca şişir. Bədənimizdəki duz nisbəti yüksəlir və antidiuretik hormon ifraz olunur. Böyrəklər tərəfindən idarə olunan bu hormon bədəndə su saxlamağa çalışır.
Sağlam vücuda sahib yetkin insan müəyyən müddət aralığında 2.5 litr maye itirir ki, bunun 1.5 litri ifrazla, təxminən 1 litri nəfəs alma, tərləmə və oynaq hərəkətləri ilə olur. İtirilən mayenin təqribən 20 faizi gün ərzində qəbul etdiyimiz qidalar sayəsində bərpa olunur. Qalan 2 litr su ehtiyacını isə gün ərzində su içərək doldurmaq sağlam vücuda sahib olmağımızı təmin edəcəkdir.
Kişi bədəni və metabolizmi qadın orqanizmindən fərqlənir. Müvafiq olaraq da, kişilərin qəbul etməli olduğu su miqdarı gündə təxminən 3 litr, qadınlarda isə bu miqdar təxminən 2 litrdir. Su miqdarı sadəcə cinsə görə deyil, yaşa və çəkiyı görə də dəyişən bir amildir. Ümumi orta hesabla isə gün ərzində 2 litr su içmək metobalizmanızı sürətləndirərək sizi sağlam bir vücuda sahib edəcəkdir.
Su azlığı hansı fəsadları yaradır?
İnsanda gücsüzlük, halsızlıq və bədənin performansı sürətlə azalır, təzyiqin aşağı düşməsinə səbəb olur. Suyu az içdikdə qan öz axıcılığını itirir və qatılaşır. Odur ki, əgər bədəndə su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki digər bir funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir.
Su oynaqlarınızın sürüşkənliyini təmin edərək oynaq ağrılarının qarşısını alır. Bədəndə yığılan toksinlərin kənar edilməsinin ən yaxşı yolu – yenə də bol su içməkdir. Yeməkdən yarım saat əvvəl qəbul edilən su mədədə dolğunluq hissi yaradaraq daha az qida qəbul edilməsinə səbəb olur və deməli, kökəlmənin qarşısını alır. Suyun bütün bu faydalarını öyrəndikdən sonra kifayət qədər su içməmək bədənimizə edəcəyimiz haqsızlıq, sağlamlığımıza verəcəyimiz zərər olacaqdır.
Kimlər suyu çox içməməlidir?
Bəzi ürək-damar problemləri olanlar, ağciyər problemi olan xəstələrdə məhdud miqdarda su içmə ola bilər.