1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-ın prezidenti “ACWA Power” şirkətinin baş icraçı direktoru ilə görüşüb
31.07.2023

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.

Görüşdə “ACWA Power” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib. Bu xüsusda ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanıldığı və bu layihənin ölkəmizin “yaşıl enerji” strategiyasına və dayanıqlı enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyi vurğulanıb. Şirkətin Azərbaycanda bərpa olunan enerji sahəsinə sərmayə yatırmasının ölkəmizdə yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğu bildirilib.

Görüş çərçivəsində cari ilin fevral ayında SOCAR ilə "ACWA Power" şirkəti arasında imzalanan “Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair” Əməkdaşlıq Sazişi üzrə görülən işlər və gələcək planlar müzakirə edilib.

Tərəflər, həmçinin enerji keçidi, dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment