Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d., Dr.Rəşad Mahmudov və kardiocərrah-rezident Fidan Abdullayeva 12-14 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 5-ci İnvaziv Kardiologiya konqresində iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d., Dr.Rəşad Mahmudov konqresin VIII sessiyasında “Aşağı EF və ciddi MÇ Cərrahiyyəsi” mövzusunda, Markəzi Gömrük Hospitalında kardiologiya ixtisası üzrə ikinci kurs rezidenti Fidan Abdullayeva “Aşağı EF və ciddi MÇ olan xəstələrə nə zaman cərrahi müdaxilə olunmalıdır?” mövzusunda təqdimatla çıxış ediblər.
Konqres çərçivəsində Gəncə Mərkəzi Klinika və Liv Bona Dea Hospital xəstəxanalarından canlı yayımla həkimlərin praktik biliklərinin nümayişi proseduru icra olunub. Konqresdə Azəbaycanın və xarici ölkələrin kardiologiya üzrə aparıcı mütəxssisləri iştirak ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.