Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov 26-29 oktyabr 2023-cü il tarixlərində Türkiyənin paytaxtı Ankarada 40-cı Milli Uşaq Cərrahiyyəsi Konqresi və 26-cı Milli Uşaq Cərrahiyyəsi Tibb bacısı Konqresində iştirak edib.
Hər iki konqres Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin 40-cı ildönümü münasibətilə keçirilib. Konqres Türk Milli Məclisinin də qatldığı “Anadangəlmə diafraqma yırtığında aktual yanaşmalar” adlı simpoziumla başlayıb.
Simpoziumda “Anadangəlmə diafraqma yırtığı riskinin qiymətləndirilməsi”, “Anadangəlmə diafraqma yırtığı üçün tənəffüs dəstəyi və ECMO”, “Ağciyər hipertenziyasının müalicəsində nə dəyişdi?”, “Cərrahi əməliyyatların planlaşdırılması”, “Anadangəlmə diafraqma yırtığının müalicəsinin uzunmüddətli nəticələri” və s. mövzularda çıxışlar dinlənilib.
Oktyabrın 27-si videosessiyalar və 29-da isə Kolorektal patologiya üzrə şifahi təqdimatlar keçirilib. Simpoziumda beynəlxalq alimlərin iştirakı ilə cari hadisələr müzakirə olunub.