1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktiki Konfransı keçirilib
30.10.2023

28 oktyabr 2023-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” və “Phillips” şirkətlərinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktiki Konfransı keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan konfransda açılış mərasimində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq, xəstələrə düzgün diaqnozun qoyulmasında radioloji müayinələrin rolunu xüsusi vurğulayıb. İ.Əfəndiyev qeyd edib ki, bəzən insan həyatının xilas edilməsi birbaşa ona qoyulan düzgün diaqnozdan və düzgün müalicədən asılı olur. Radiologiya sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edən İ.Əfəndiyev bu istiqamətdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və onun müvafiq strukturları tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, konfransa həm yerli, həm də xarici ölkələrdən dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislərin də qatıldığını xüsusi qeyd edib, konfrans iştirakçılarını bu tədbirin onların gələcək fəaliyyətlərinə təsirini, paylaşılan  nailiyyətlərin tətbiqinə imkan verəcəyini vurğulayıb.

Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev də çıxış edərək  mövzu ilə əlaqədar fikirlərini bölüşüblər və bu səpkidə keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Onlar konfransın Heydər Əliyev ilində keçirilməsini xüsusi qeyd edərək, əhəmiyyətindən danışıblar.

Yunus Əfəndiyev tədbir iştirakçılarını salamlayıb, xarici ölkələrdən gələn qonaqları konfrans iştirakçılarına təqdim edib. Qeyd edib ki, 2019-cu ildə yaradılan Azərbaycan Radioloqlar cəmiyyətinin təşkilatçılığı ilə  bu qısa müddət ərzində  3 beynəlxalq  elmi forum keçirilib və biz Azərbaycan radiologiyasını Avropada tanıtmışıq. Cəmiyyətimiz Avropa Radioloqlar İttifaqının üzvüdür. O öz çıxışında konfransın qardaşlıq, kollegiallıq, qarşılıqlı hörmət, qeyri-rəsmi şəraitdə keçirilməsini yüksək qiymətləndirib və konfransa işində uğurlar arzulayıb.

100 nəfərin əyani, 300-dən çox mütəxəssisin onlayn olaraq iştirak etdiyi konfransda 2 paneldə azərbaycanlı və türkiyəli aparıcı ekspertlər tərəfindən ümumilikdə 19 məruzənin dinlənilməsi və konfransın panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə aparılıb. 

Konfransın birinci panelində Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov “İşemik kardiomiopatiyada kardiak MRT-nin rolu” mövzusunda çıxış edib, eləcə də  “Tək saylı, kiçik hepatik törəmələrin radioloji diaqnostikası”, “Kimyəvi terapiyadan sonra ağciyər iltihabının radioloji görüntüsü”, “Azərbaycan Radioloqlar Cəmiyyətinin 2022-2023-cü illərdə fəaliyyətinə dair hesabat”, “İşemik kardiomiopatiyada kardiak MRT-nin rolu”, “Təcili ultrasəs müayinələrinin xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib. 

2 paneldən ibarət konfransda Azərbaycan, Türkiyə, İngiltərə və Rusiyadan olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə məruzələrin təqdimatları böyük maraqla dinlənilib. Konfrans zamanı mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr və sual-cavab sessiyaları aparılıb. 

Qeyd edək ki, Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib. 

Zoom platforması üzərindən hibrid formatda təşkil olunmuş konfrans eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.Tədbirin sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment