27-28 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcəkdir.
Konqresin 27 noyabr tarixində mama-ginekologiyaya dair, 28 noyabr tarixində isə neonatologiya və pediatriyaya dair aktual mövzuların müzakirəsi həyata keçiriləcəkdir. Konqresdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Konqresin akreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət ediləcəkdir.
Konqres əyani olaraq Bakı şəhərində, distant olaraq ZOOM platformasında həyata keçiriləcəkdir.
Konqres mama-ginekoloq, neonatoloq və pediatrlar üçün nəzərdə tutulmuşdur.
Konqresdə iştirak ödənişsizdir.
Qeydiyyatdan keçən şəxslərlə əlaqə saxlanılacaq.
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/tNWjcd8cFXBkdmLd7
Əlavə məlumat almaq üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.