1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakı SOS Uşaq kəndinin iki sakini Mərkəzi Gömrük Hospitalında əməkdaşlıq memorandumu çərçivəsində uğurla əməliyyat olunub
21.11.2023

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Bakı şəhərində yerləşən SOS Uşaq kəndinin iki sakini əməkdaşlıq memorandumu çərçivəsində uğurla əməliyyat olunub. “20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü”nündə əməliyyyta olunan uşaqlar 21 noyabr tarixində evə yazılıblar.  

21 noyabr tarixində Mərkəzi Gömrük Hospitalında Bakı SOS Uşaq kəndinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, otorinolarinqoloq Elvin Əzizov, Bakı SOS Uşaq kəndinin direktoru Fuad Ələkbərov, həkim Anjela Əliyeva, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və digər nümayəndələr iştirak ediblər.  

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkimi Bəxtiyar Musayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında cari ildə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində  Mərkəzi Gömrük Hospitalının Bakı SOS Uşaq kəndində keçirdiyi  növbəti aksiya zamanı səhhətlərində problem aşkarlanan iki uşaq otolorinqoloq Elvin Əzizov tərəfindən uğurla əməliyyat olunub. Dr.Bəxtiyar Musayev qeyd edib ki, bu cür aksiyalar davamlı olaraq həyata keçiriləcək və uşaqların sağlamlığı diqqət mərkəzində olacaq.

SOS Uşaq Kəndəlinin Bakı filialının direktoru Fuad Ələkbərov “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının adından Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədova və uşaqlara tibbi xidmət göstərən bütün personala dərin minnətdarlığını bildirib. Tədbirin sonunda Fuad Ələkbərov “SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının adından Mərkəzi Gömrük Hospitalına təşəkkürnamə təqdim edib.Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment