|
|
|
Digər xəbərlər | | | Dr.Mədinə Abdullayeva Antimikrob Rezistentliyinin qarşısının alınması mövzusunda Beynəlxalq Konfransda təqdimatla çıxış edib |
23.11.2023 | |
| |
21 - 23 Noyabr 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Antimikrob Rezistentliyinin qarşısının alınması mövzusunda Beynəlxalq Konfrans həyata keçirilib.Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva 23 noyabr 2023-cü il tarxində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Antimikrob Rezistentliyinin qarşısının alınması mövzusunda Beynəlxalq Konfransın üçüncü günü birinci paneldə “COVİD-19 və ictimai sağlamlıqla bağlı digər təxirəsalınmaz hallar- İnfeksiyanın qarşısının alınması və nəzarət istiqamətində yaxşılığa doğru dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib.
Dr.Mədinə Abdullayeva təqdimatında COVİD-19 pandemiyası zamanı Mərkəzi Gömrük Hospitalında ən ağır kovidli xəstələrin müalicəsi üçün diaqnostika və müalicə xidmətləri üçün bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verən müasir Real vaxtlı PZR laboratoriyanın yaradılması, eləcə də koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenlənmə cihazından (EKMO) istifadə etməklə uğurlu müalicə prosesi barədə ətraflı məlumat verib. Mədinə həkim infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin gücləndirilməsi yolunda tələb olunan müasir metodlar və tələblər barədə danışıb, tibb işçilərini infeksiyanın qarşısının alınması istiqamətində olduqca diqqətli olmağa çağırıb. Təqdimat zamanı pandemiya xəstəxanası kimi fəaliyyət göstərmiş Mərkəzi Gömrük Hospitalında kovidli xəstələrin idarə edilməsi haqqında çarx nümayiş olunub.
Qeyd edək ki, tədbirin məqsədi, antimikrob preparatlara qarşı davamlılıq, infeksiyaların profilaktikası və infeksion nəzarəti, “Vahid Sağlamlıq” barədə maarifləndirməni artırmaq, bu sahələrdə çalışan aqentliklər, qurumlar və təşkilatlar arasında əməkdaşlığı gücləndirmək, COVID-19 və digər səhiyyədə fövqəladə hallardan öyrənilmiş dərsləri bölüşmək olub.
|
|
|
|