1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası biznes liderləri ilə görüş keçirib
07.12.2023

7 dekabr 2023-cü il tarixində Bakı Fond Birjası, Unicapital İnvestisiya Şirkəti ilə birlikdə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün “BAKU IPO SESSION 2023” tədbirini təşkil edib.

Müxtəlif sənaye mütəxəssisləri, investorlar və digər maraqlı tərəflərin bir araya gəldiyi tədbirdə, Azərbaycanda kapital bazarının inkişafı və IPO (İnitial Public Offer – İlkin Kütləvi Təklif) imkanları ilə bağlı ətraflı müzakirələr aparılıb.

“BAKU IPO SESSION 2023”də Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov, Unicapital İnvestisiya Şirkətinin baş direktoru Vüqar Namazov,  TAB Qida & Atakey idarə heyətinin üzvü Furkan Ünal və OMG Capital Advisors-un sədri və baş direktoru Murat Gülkan məruzəçi qismində çıxış ediblər.

Tədbirin gündəliyi kapital bazarının inkişafı, dövlət qiymətli kağızlar bazarından maliyyələşdirmənin əsas aspektləri, Azərbaycanın kapital bazarlarında mühüm mərhələlər və imkanlar daxil olmaqla bir sıra mövzuları əhatə edib. 

Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov tədbirin açılışında qeyd edib ki, Azərbaycandakı genişmiqyaslı layihələrin maliyyələşdirilməsində dövlət sərmayələri və dövlət müəssisələri müstəsna rol oynayır. Bizim fikrimizcə Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində davamlı inkişafını təmin etmək və yeni sərmayələrin cəlb olunması prosesində özəl kapitalın da aktiv şəkildə təmsil olunması vacibdir. 

Məhz bu səbəbdən Bakı Fond Birjası kapital bazarı iştirakçılarının potensialının gücləndirilməsi, onların genişmiqyaslı layihələrdə daha aktiv rol oynaması üçün strategiyanın hazırlanması mərhələsindədir. Bu strategiyanın əsas prioritetləri potensial yeni emitentlərin cəlb edilməsi və inkişafı, institusional və fərdi investorların prosesə qoşulması üçün şəraitin yaradılması, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, sektor üçün kadrların yetişdirilməsi və ən yaxşı xarici təcrübədən bəhrələnilməsidir.

Türkiyənin “fast food” sektorunun liderlərindən biri olan və Türkiyədə “Burger King”, “Sbarro”, “Popeyes” və digər məhşur iaşə markalarının 1.500-dən çox restoranlarına sahib olan “TAB Gıda” şirkətinin idarə heyətinin üzvü Furkan Ünal özəl kapitalın biznesin inkişafına təsiri haqqında təqdimatla çıxış edib. 

Türkiyədə sərmayələrin idarə olunması və maliyyə planamasına dair məsləhət xitmətləri göstərən “OMGCapital Advisors” şirkətinin İdarə Heyətinin Sədri və Baş İcraçı Direktoru Murat Gülkan Türkiyə bazarında özəl kapitalın mühüm rolundan bəhs edib.

Görüşün sonunda geniş müzakirələrə yer verilərək iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment