24.12.23 tarixində ideya və Layihə rəhbəri, Psix.ü.f.dok Ramidə Oktayqızı olan, UĞURLU QADIN DANIŞIR FORUMU Bakı Gənclər Mərkəzində baş tutdu.
Təşkilatçı Orvita Psixoloji Reabilitasiya Mərkəzi MMC, AKİAB və BGM oldu.
Uğurlu Qadın Danışlr forumunda 7- SPİKER öz sahələri üzərindən uğur qazanmış və müxtəlif peşələrdə çalışan xanımlardır.
1. Jalə Əhmədova - Millət Vəkili
2. Nərgiz Babayeva - Bakı Gənclər Mərkəzinin rəhbəri
3. Zəhra Bədəlbəyli - Azərbaycan Uşaq Fondunun rəhbəri
4. Ramidə Oktayqızı - Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri
5. Nigar Ələsgərova - KOBSKA
6. Zinyət Vəliyeva - Paraolimpiyaçı
7. Gunel Qəmvərova - Mamoloq-radioloq
Forumun əsas məqsədi, xanımlara dəstək olmaq, birlik yaratmaq, çətinliklərin öhdəsindən səbrlə, sevgiylə gəlmək, maariflənmək və təhsilin keyfiyyətinin artırılmasında dəstək olmaqdır.
Forumda Şəhid anaları və Şəhid xanımları da iştirak edirdi.
Forumun aparıcısı Gülnar Səhliyarlı hər bir spiker, qonağa, Iştirakçıya xüsusi yanaşma edərək, musiqi ilə forumu daha da canlandırdı.
Uğurlu Qadın Danışır Forumunun media dəstəyi, başdan ayağa çəklişi Empa Tv yə aiddir. Forumun daha bir Media dəstəkçisi Finance Time Şirkətidir.
Forumda bir çox şirkətlər öz fəaliyyətlərini nümayiş etdirmək fürsəti qazanmışdılar.
Maraqlısı odur ki, Forum qadınlardan ibarətdir və sakibkarların da əksəriyyəti sahibkar xanımlar idi.