1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı nevroloqu Dr.Mənsumə Talıbova
10.01.2024

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı nevroloqu Dr.Mənsumə Talıbovanı Sizə təqdim edirik.

Dr. MƏNSUMƏ TALIBOVA Mərkəzi Gömrük Hospitalında sinir sisteminin damar xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, miasteniya, periferik sinir sisteminin xəstəlikləri, osteoxondrozlar, irsi xəstəliklər, sinir sisteminin infeksion xəstəlikləri, uşaq serebral ifliclər, sinir sisteminin funksional pozğunluqları və nevrozların müalicəsini həyata keçirir.Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:https://customshospital.az/mensume-talibova/#

Dr. Mənsumə Talıbova 1981-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1981-1982-ci illərdə 1 nömrəli Klinik Psixiatrik xəstəxanasında internatura keçmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə başlayaraq, 2011-ci ilə qədər müddətdə dövlət və özəl tibb müəssisələrində psixonevroloq, həkim-nevroloq və şöbə müdiri vəzifələrində çalışıb.

Təcrübəli həkim Mənsumə Talıbova özünə qarşı tələbkar və məsuliyyətlidir. O, dünya tibb elminin son nailiyyətlərini daim izləyir, öyrənir və bu təcrübədən yararlanaraq öz fəaliyyətində istifadə edir. O, 2010-cu ildə Fransanın Nitsa şəhərində keçirilən “Baş ağrıları və miqren” mövzusunda seminarda, 2011-ci ildə Avstriyanın Zalsburq şəhərində “Serebral xəstəliklərinin müalicəsi”, 2013-cü ildə Türkiyənin Uludağ şəhərində keçirilən “Nevrologiya günləri”ndə, “Epilepsiya, miqren və dağınıq skleroz, diaqnostik və müalicəvi üsulları” konfransında, 2014-cü ildə Fransanın Nitsa şəhərində 23-cü Avropa konfransında, 2015-ci ildə Bakı şəhərində “Korvitinin kardioloji və nevroloji praktikada istifadəsi” mövzusunda konfransda iştirak etmişdir. Dr.Mənsumə Talıbova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13-14 sentyabr 2022-ci il tarixlərində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən ödənişsiz tibbi-sosial aksiyada Lənkəran rayonundan olan şəhid və qazi ailələrinə öz sahəsi üzrə tibbi xidmət göstərmişdir. 

2011-ci ildən Dr. Mənsumə Talıbova Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq və EEQ mütəxəssisi kimi çalışır. Dr.Mənsumə Talıbovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment