1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank 20 milyondan çox xalis mənfəət əldə edib
15.01.2024

Yelo Bank 2023-cü ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə baxdıqda ötən il Yelo Bank-ın ili idi desək, yanılmarıq. İlk növbədə Bankın xalis mənfəəti il ərzində 4 dəfə artaraq 20 milyon manatı keçib. 

- Ötən il Yelo Bank kredit portfelinin artım dinamikasını qoruyub saxlayıb. Ümumi kredit portfeliil ərzində 142 milyon, yəni 23% artaraq 764 milyon manat olub. 

- Bankın strategiyasına uyğun olaraq kredit portfelinin mühüm hissəsini, yəni 63%-ni biznes kreditləri təşkil edir. Ötən il 466 milyon manat biznes krediti verilib. Bununla da, Bankın biznes kredit portfeli 22% artaraq 483 milyon manatı keçib.

- 2023-cü ildə 268 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli də 61 milyon, yəni 28% artaraq 281 milyon manat təşkil edir. Bu satışın 60%-dən çoxu onlayn kanalların payına düşür.

- Bankın fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 36% artaraq yarım milyarda yaxınlaşıb. Bu da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir. 

- Eyni zamanda Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. İl ərzində faiz gəlirləri 30%-lik artımla 113 milyon, qeyri-faiz gəlirləri isə 21% artımla 12 milyon manata çatıb.

- Hesabat dövrünə Bankın məcmu kapitalı 109 milyon manatı ötüb. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 16 milyon manat daha çoxdur.

Ötən il Yelo Bank regionlarda xidmət şəbəkəsini genişləndirib. Xaçmaz, Tovuz və Masallıda rəqəmsal konseptli yeni filiallar müştərilərin xidmətinə verilib. 2024-cü ildə də Bankın parlaq bankçılıq konseptinə uyğun yeni filiallar istifadəyə veriləcək, o cümlədən, mövcud filiallar daha da təkmilləşdiriləcək.

Bankda depozit yerləşdirmək istəyirsiniz?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment