1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


2023-cü ildə Qırmızı Ürəklər Fonduna 31 934 donor tərəfindən 1 521 238 AZN ianə edilib
19.01.2024

Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında böyük rolu olan Qırmızı Ürəklər Fondu (“RedHearts”) 2023-cü ilə dair hesabat açıqlayıb. Bu haqda Fondun prezidenti Sevda Haqverdiyeva mediaya müsahibəsində bildirib. O qeyd edib ki, 2023-cü ildə Fonda  3 fərqli istiqamətdə 31 934 donor tərəfindən 1 521 238 manat ianə edilib. Ötən il Fond üçün 4 028 benefisiar, 242 könüllü göstəriciləri ilə tamamlanıb. 

Eyni zamanda o bildirib ki, “Hər istiqamət üzrə konkret göstəriciləri vurğulasam son bir il ərzindəFonda “Cəmiyyət”kateqoriyasında 31430 ianəçi tərəfindən 1 489351 manat, “Ətraf-mühit” kateqoriyasında 281 ianəçi tərəfindən 27047 manat, “Heyvanların müdafiəsi” üzrə olan kateqoriyada isə 223 ianəçi tərəfindən 4 705 manat ianə olunub”. 

İanələr il ərzində həyata keçirilən müxtəlif sosial layihələrin icrasına sərf olunub. Onların sırasında Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş şəxslər üçün həyata keçirilən “Türkiyə üçün bir ürək olaq!” ianə toplamasa aksiyası, şəhid ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi,uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var.

“RedHearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment