1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib
19.01.2024

Mərkəzi Gömrük Hospitalında 20 Yanvar Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri dosent İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva,  Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri Şəhla Mirzəzadə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov və Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin baş inspektoru Minarə Qafarova iştirak ediblər. 

İlk öncə tədbir iştirakçıları 1990-cı il 20 Yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbiri giriş sözü ilə açaraq, bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gecə yüzlərlə gəncin arzuları puç oldu, heç kimə rəhm edilmədi, uşaqlar, yaşlı insanlar qanlarına qəltan edildi... Onlar Vətən, torpaq uğrunda canlarından keçdilər, ölümsüzlüyə qovuşdular, şəhidlik zirvəsinə ucaldılar. 

İdarə rəisi  Ceyhun Məmmədov qeyd edib ki, məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Ulu öndər yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etmiş, bu ağır günlərdə doğma xalqı ilə birgə olduğunu bildirmişdi. Heydər Əliyev çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, əliyalın insanların qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etmişdir. Ulu öndər bu ağır gündə Azərbaycan xalqını həmrəyliyə və birliyə çağırmışdır.

İllər keçdi, amma bu cinayət Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədi. Bu qırğın nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxmağı bacardı. Həmin gecə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün bütün şəhidlərimizin qisası alınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli Ordusu torpaqlarımızı işğaldan azad edib, Qarabağ öz tarixi Vətəninə qovuşub.

Daha sonra Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov  çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi,  şəhidlik zirvəsinə yüksələn oğullarımızın, xalqımızın yenilməzliyi və qəhrəmanlığı barədə, eləcə də 20 Yanvar günü ilə bağlı öz xatirələrini bölüşüblər. 

Qeyd olunub ki, bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq.

Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri Şəhla Mirzəzadə çıxış edərək 20 Yanvar günü qəhrəmanlıq göstərən gənclərimiz barədə danışıb. 

1990-cı il 20 Yanvar hadisələri zamanı keçmiş sovet ordusunun hərbi hissələri Bakıda öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Tədbir iştirakçıları bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment