1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr. Şəbnəm Əlirzayeva “Yeni aşkarlanmış diabetdə ilkin terapiyaya yanaşma” mövzusunda təqdimatla çıxış edəcək
12.02.2024

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin endokrinoloqu Şəbnəm Əlirzayeva 16 fevral  2024-cü il tarixində saat 15.00-da “Yeni aşkarlanmış diabetdə ilkin terapiyaya yanaşma” mövzusunda təqdimatla çıxış edəcək. Tədbirdə Mərkəzi Gömrük Hospitalının endokrinoloqları, təcili yardım həkimləri, endikrinologiyaixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak edə bilərlər. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.

Dr. Şəbnəm Əlirzayeva Mərkəzi Gömrük Hospitalında şəkərli diabet, metabolik sindrom, insulinoma, diffuz toksiki ur, endemik ur, hipo-hipertireodizm, miksedema, xaşimoto uru, kəskin və yarımkəskin tireodit, akromeqaliya, hiperprolaktinemiya, şəkərsiz diabet, hiperkortisizm, feoxromositoma, hipoparatireodizm, hiperparatireodizm, hirsutizm, predmenstrual sindrom və s. xəstəliklərin müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:

Dr. Şəbnəm Əlirzayeva 2009-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2009-2010-cu illərdə Respublika Endokrinoloji Mərkəzində endokrinologiya ixtisası üzrə internatura, 2010-2012-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində FDM Endokrinoloji Elmi Mərkəzində ordinatura keçmişdir. Şəbnəm həkim 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalnda həkim-endokrinoloq kimi fəaliyyət göstərir.

Dr. Şəbnəm Əlirzayeva  2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması”, "Kontrasepsiyanın endokrin aspektləri" kurslarında, 2012-ci ildə Ümumrusiya üzrə endokrinoloqların VI konqresində və 2013-cü ildə Ümumrusiya üzrə VI diabetoloji konqresində iştirak etmişdir.Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment