1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyələşdirilməsi üçün sahibkarlar tərəfindən investisiya portalında 80-dən çox layihə yerləşdirilib
13.02.2024

www.invest.smb.gov.az portalı KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb.

2023-cü ildə investisiya portalında (www.invest.smb.gov.az) investisiya axtaran sahibkarlar tərəfindən işlək biznes, hazır layihə və ideya mərhələsində olan 60 layihə yerləşdirilib. Bu layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edir. Layihələr Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və s. şəhər və rayonları əhatə edir.

Portalda həmçinin investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. Ötən il investorlar tərəfindən portalda idman, reklam və maliyyə sahəsi üzrə 3 investisiya təklifi yerləşdirilib. 

Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. 

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Hazırda portalda işlək biznes, hazır layihə və ideya mərhələsində olan 80-dən çox layihə, 6 hazır biznes satışına dair təklif yerləşdirilib. Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçməklə onun imkanlarından istifadə edə bilərlər. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment