1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank Azərikard prosessinq mərkəzinə keçir: ödəniş kartları fevralın 22-də işləməyəcək
15.02.2024

Azərbaycanın bank sektorunun aparıcı iştirakçılarından biriolan AccessBank, Azərikard prosessinq mərkəzinə keçir. Əsas məqsəd- rəqəmsal bankçılıq və kart xidmətlərinin təkmilləşdirilməsidir.

Prosessinq mərkəzinə miqrasiya 22 fevral 2024-cü il saat 10:00-da başlayacaq və 22:00-da tamamlanacaq.

Qeyd olunan müddət ərzində texniki işlərlə əlaqədar AccessBank-ın ödəniş kartları, eləcədə,bankomat və POS-terminalları müvəqqəti olaraq işləməyəcək. MilliÖn, eManat ödəniş terminalları, o cümlədən www.hesab.az platforması vasitəsilə əməliyyatlar, həmçinin www.accessbank.az saytında kredit ödənişləri müvəqqəti olaraq dayandırılacaq.

Məhdudiyyətlər sahibkarların əmək haqqı, korporativ və biznes kartlarını da əhatə edəcək. Bank filialları adi qaydada fəaliyyətini davam etdirəcək, lakin ödəniş kartlarından istifadə ilə bağlı xidmətlər göstərilməyəcək. 

AccessBank müştərilərinə miqrasiya dövrü ərzində nəzərdə tutulan təcili ödənişləri, o cümlədən, kredit və digər ödənişləri daha erkən tarixdə həyata keçirmək və ya cash-in terminallarından və bank filiallarının xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Azərikard prosessinq mərkəzinə miqrasiya bank əməliyyatlarının səmərəliliyinin artırılması, müştəri məlumatlarının etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi, əməliyyatların sürətləndirilməsi, iş proseslərinin optimallaşdırılması, risklərin idarə edilməsi və xidmətin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. 

Azərikard-a miqrasiya prosesi haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə etmək olar: AccessBank Azərikard prosessinq mərkəzinə keçir: ödəniş kartları fevralın 22-də işləməyəcək

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment