1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət"in nümayəndəsi “Qlobal Liderlik Proqramı”nda
16.02.2024

Cari ilin 8-15 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti tərəfindən Dubay şəhərində təşkil edilmiş  “Qlobal Liderlik Proqramı”nın son mərhələsində iştirak edib.

6 ay davam edən “Qlobal Liderlik Proqramı”nın əsas məqsədi BƏƏ və dünyanın müvafiq sahələri üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri arasında qarşılıqlı əlaqənin yaradılması, o cümlədən dövlət idarəçiliyində innovasiyaların təşviqi kimi bir sıra mühüm mövzular üzrə təcrübə mübadiləsinin təmini olub. 

Proqram çərçivəsində liderlik, kommunikasiya, təqdimat bacarıqları, beynəlxalq əlaqələr sahəsində nüfüzlu beynəlxalq ekspertlər tərəfindən seminarlar keçirilib. Eləcə də BƏƏ hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər təşkil olunub.

Sonda Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüş keçirilib və iştirakçılar sertifikatlarla təltif olunublar.

Bundan əlavə Dövlət Agentliyinin nümayəndəsi Dubayda keçirilmiş Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş “2050-yə səyahət: Vətəndaşların Sabahın Hökumətlərindən Gözləntisi” adlı paneldə moderator qismində iştirak edib. Paneldə Serbiya, Kolumbiya və Seyşel Adaları Republikalarının aidiyyatı sahələrə məsul  nazirləri ilə müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment