1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Nuranə Əliyeva, “Aliyevents” tədbirlərin təşkili şirkətinin rəhbəri:Milli ənənələrin müasirləşdirilməsi tədbirlərin təşkilində
20.02.2024

Nuranə Əliyeva, “Aliyevents” tədbirlərin təşkili şirkətinin rəhbəri: Milli ənənələrin müasirləşdirilməsi tədbirlərin təşkilində mühüm aspektdir.

Dünyanın getdikcə qloballaşdığı, mədəni sərhədlərin isə aradan qalxdığı hazırkı dövrdə milli ənənələrin qorunub saxlanılması və təşviqi nəinki vacib, həm də aktual məsələyə çevrilir.   Lakin   milli   ənənələrin   həm   canlı,   həm   də   gənc   nəsil   üçün   cəlbedici   olaraq qalması   üçün  müxtəlif  tədbirlərin   təşkilinə   onların   qeyd   edilməsi   və   təşviqi   ilə   bağlı müasir elementlər əlavə edilməlidir.Milli   ənənələrin   müasirləşdirilməsi   üsullarından   biri   tədbirlərin   təşkilində   müasir texnologiyalardan istifadədir.



Məsələn, tarixi yerlərə virtual ekskursiyaların keçirilməsi üçün   mobil   tətbiqlərin   yaradılması,   interaktiv   instalyasiyalardan   istifadə   və   s.   Bu istiqamətdə Heydər  Əliyev   Mərkəzi   bu   vəzifənin   öhdəsindən  çox   gözəl   gəlir.   Muzey ekspozisiyalarından   başlayaraq,   iventlərə   qədər   –  bizi  əhatə   edən  demək   olar   ki “rəqəmsal” dünyada öz köklərinə hörmət məhz belə olmalıdır.Kütləvi   tədbirlərə   gəlincə,   burada   yaxınlaşmaqda   olan   bahar   bayramını   -   Novruzu nümunə göstərmək olar. Bu bayram etnoqrafik mədəniyyət nöqteyi-nəzərdən çox gözəl və mühüm bayramdır, onun kulminasiya nöqtəsi isə yaz bərabərliyi gününə təsadüf edir. Bu bayramın atributlarında bir çox bütpərəstlik və ayin ənənələri var, məncə, onların bəziləri   indiki   gənclərə   belə   uzaq,   bəzən   isə   hətta   anlaşılmaz   görünməməsi   üçün çoxdan müasir şəklə gətirilməli idi. Məsələn, Azərbaycanda Novruz bayramı günlərində Kosa   və   Keçəl   kimi   personajların   iştirakı   ilə   xalq   tamaşaları   məşhurdur,   onların reçitativləri və “hoqqabazlıqları”, çətin ki, 6D gerçəkliklə tanış olan nəslə maraqlı olsun. Buna görə, hesab edirəm ki, istənilən ənənələr zəmanə ilə ayaqlaşmalıdır və məhz bu, gənclərin onlara daha çox hörmət etməsinə və hətta onların gələcək taleyində iştirak etməsinə imkan verir.

Tədbirlərin   müasir   formatları,   bayramın   ənənəvi   təşkilinə   sadiq   qalmaq   yerinə   yeni formalarla eksperimentlərin mövcudluğu məndə böyük rəğbət oyadır. Məsələn, təkcə musiqi   və   rəqsləri   deyil,   həm   də   ənənəvi   sənətkarlıq,   milli   mətbəxlə   bağlı   master-klasları,   mədəniyyət   və   tarix   haqqında   mühazirələri,   habelə   zəka   və   kostyum nominasiyalarında  ən   yaxşı   “Bahar   qızı”   müsabiqələrini   ehtiva   edən   iventlərin  təşkili kimi.Gənclərin   öz   yaradıcılıq   potensiallarını   nümayiş   etdirə   bilməsi   vacibdir,   məhz   onlar ünsiyyət və ideya mübadiləsi üçün sosial şəbəkələrdən istifadə edərək, milli ənənələrə marağı xeyi artıra bilərlər.Tədbirlərin   təşkilində   milli   maraqların   müasirləşdirilməsi   kreativ   yanaşma   və dəyişikliklərə hazırlıq tələb edir. Tarixi irsi və mədəniyyətin nadirliyini qoruyub saxlamaq, lakin   bu   zaman   yeni   ideya   və   formatlar   üçün   açıq   olmaq   vacibdir.   Mənim   və komandamın ənənələrin müasir insanlar üçün daha əlçatan və cəzbedici olmasına nail olmaq üçün seçdiyimiz istiqamət də məhz budur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment