1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib
22.02.2024

İqtisadiyyat Nazirliyində Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır  Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru ilə keçirilən görüşdə COP29-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır  Emissiya Departamentinin Beynəlxalq İqlim Maliyyəsi və Strategiyası üzrə direktoru Matt Toombla görüşüb.

İqtisadiyyat nazirinin müavini Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi “yaşıl” iqtisadiyyata keçid istiqamətində təşəbbüsləri stimullaşdırmaqla yanaşı, Azərbaycanın bəşəri problemlərin həllinə verdiyi önəmin göstəricisidir. Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsi Milli Prioritetinə uyğun olaraq bərpa olunan enerji mənbələrindən səmərəli istifadə məqsədilə böyük layihələr həyata keçirilir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilib və bu istiqamətdə işlər görülür.

Bildirilib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün mühüm  platforma rolunu oynaya bilər.

Matt Toombs ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin yüksək qiymətləndirildiyini vurğulayaraq, Birləşmiş Krallığın COP-la bağlı təcrübəsini bölüşməyə hazır olduğunu ifadə edib.

Görüşdə tərəflər COP29 çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment