1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 1362 kq batareya toplanıb
23.02.2024

Ekologiya vəTəbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan “Batareyalarıtəhvilver, təbiətiqoru” layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və“Access Bank”ın baş ofislərindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Bravo” supermarketlər şəbəkəsinin“Gənclik Mall” filialından, “Landau” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq istifadəyə yararsız elektrik batareyası toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir.İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiət də hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.

Bu səbəbdəndə“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərlitəsirlərinin qarşısının alınması və səmərəli idarəolunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.

Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə təhvil qutuları yerləşdirilib. Layihə çərçivəsində bugünədək 1362 kq işlənmiş batareya təhvil alınıb.

Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment