1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib
04.03.2024

Unibank 2024-2026-cı illər üçün hədəflərini, prioritetlərini açıqlayıb. Bankın rəhbər heyəti və əməkdaşların iştirakı ilə yeni strateji prioritetlərin və korporativ dəyərlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə ötən strateji dövrün hesabatı da verilib. 

Unibank KB İdarə Heyətinin sədir Fərid Abuşov, ötən strateji dövrdə qarşıya qoyulan məqsədlərə çatıldığını və qarşıdakı illərdə bank komandasını yeni və daha böyük hədəflər gözlədiyini bildirib. Yeni strateji istiqamətlər haqqında məlumat verən sədr bildirib ki, qarşıdakı 3 il ərzində Bank əsas bazarda iştirak effektivliyini artırmaqla yanaşı, KOB və biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmağı hədəfləyir. Rəqəmsallaşmanın inkişafı, maliyyə dayanıqlılığı, müştəriyönümlülüyün artırılması və ictimai iştirakçılıq da bankın strateji prioritetləri sırasınadır. 




Fərid Abuşov Unibankın yeni dəyərlərini də bank komandasının diqqətinə çatdırıb. Cəsarətlə yeniliklərə imza atmaq, dayanıqlılığı təmin etmək, dürüstlüyü nümayiş etdirmək, komanda işini təşviq etmək, davamlı təkmilləşmək və müştərilər üçün dəyər yaratmaq Bankın əsas dəyərlərini təşkil edir. Bank sədri yeni strateji hədəflərin və dəyərlərin Unibank komandası qarşısında böyük məsuliyyət qoyduğunu vurğulayaraq, bank kollektivini hər zaman yeni çağırışlara hazır olmağa çağırıb. 

Tədbir zamanı çıxış edən müxtəlif bölümlərin rəhbər şəxsləri yeni strateji prioritetlərin və dəyərlərin komandanın hər bir üzvü üçün həm də fərdi inkişaf planı olduğunu bildiriblər. Hər bir əməkdaş bankın inkişafına öz dəstəyini eyni zamanda özünü inkişaf etdirməklə verə bilər. Rəhbər şəxslərin dəyərləri real həyat nümunələri, öz fərdi inkişaf hekayələri əsasında komanda üzvlərinə çatdırması yüksək maraqla qarşılanıb. Gündəlik fəaliyyət nümunələri ilə izah edilən dəyərlər, bank əməkdaşları tərəfindən daha dərindən mənimsənilib. 

 Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artırmaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim edib. 31 ildən artıq dövrdə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.

Unibank-Sənin Bankın!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment