1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Könül Həsənova
18.03.2024

“Tanıtım rubrikasında” Sizə pasiyentlərə intensiv terapiya və reanimasiya tədbirlərini uğurla həyata keçirən Mərkəzi Gömrük Hositalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Könül Həsənovanı təqdim edirik. 

DR.KÖNÜL HƏSƏNOVAMərkəzi Gömrük Hospitalındaümimi anesteziya, regionalanesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası,  mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilasiyası, lumbal punksiya və onurğa beyin mayəsinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürək daxili inyeksiya və digər prosedurları həyata keçirir. Həkim haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/konul-hesenova/

Dr.Könül Həsənova 1996-1998-ci illərdə İran İslam Respublikası Şəhid Babayi Universitetində müalicə işi fakültəsində, 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Könül həkim 2004-2005-ci illərdə M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib. O, əmək fəaliyyətinə 2011-ci ildəNaxçıvan Muxtar Respublikasındadövlət tibb müəssisəsində anestezioloq-reanimatoloq kimi başlamış və 2013-cü ildənetibarən Mərkəzi Gömrük HospitalınınƏməliyyatxana, Anesteziologiya və Reanimasiya anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir. 

Daim öz üzərində çalışan və tibbin son nailiyyətlərini fəaliyyətində tətbiq edən Könül həkim müxtəlif illərdə Azərbaycanda və xaricdə keçirilən çoxlu sayda konfrans və elmi tədbirlərdə iştirak edib. O, 2011-ci ildə Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli Egitim-Araştırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2013-cü ildə Türkiyənin Ankara şəhərində Atatürk Eğitim-Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2014-cü ildə Türkiyənin İzmir şəhərində Ege Universiteti Xəstəxanasında Perfuziologiya kursunda və Azərbaycanda keçirilən müxtəlif tibbi elmi tədbirlərdə iştirak edib. 

Könül həkim 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə və 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment