1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi”(Best Use of AI in Digital Transformation) mükafatına layiq görüb
19.04.2024

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt innovasiyaları kateqoriyasında “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi”(Best Use of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünü elan edib.

“Global Finance” jurnalının on birinci illik mükafatlandırma proqramındadünyanın maliyyə sahəsində innovativ həllərtəqdim edən aparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyə sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə Kapital Bank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankdaən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq edilən innovasiyaların əhəmiyyətini vurğulayır. 

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib. 

Qeyd edək ki, “Global Finance” jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) adına da layiq görüb. Eyni zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda “Ən Güvənli Bank” (“Safest Bank”)  mükafatını qazanıb.    

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment