|
|
|
Lizinq | | | “Aqrolizinq” ASC-nin Qax filialının maddi-texniki bazası gücləndirilir |
02.09.2013 | |
| |
“Aqrolizinq” ASC-nin Qax filialının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə rayonun Şıxlar kəndi ərazisində yeni inzibati bina, gübrə anbarı və təmir emalatxanası tikilir. Yeni tikililərin cari ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Filialdan AzərTAc-a bildirmişlər ki, hazırda müəssisənin texnika parkında 35 adda müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 6 ədəd taxılbiçən kombayn vardır. Bu il filial tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə 167 ton azot gübrəsi satılmışdır.
www.azertag.com
|
|
|
|