Biznes portal Finance Time
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7012   1 EUR 1.9839   1 AED 0.4632   1 ARS 0.0976   1 AUD 1.3507   1 BRL 0.5408   1 BYN 0.8726   1 CAD 1.3612   1 CHF 1.7974   100 CLP 0.2609   1 CNY 0.2521   1 CZK 0.0762   1 DKK 0.2668   1 EGP 0.0951   1 GBP 2.2164   1 GEL 0.7078   1 HKD 0.2179   100 IDR 0.0128   1 ILS 0.4772   1 INR 0.0264   100 IRR 0.0047   100 JPY 1.5327   1 KGS 0.0246   100 KRW 0.1526   1 KWD 5.6303   1 KZT 0.0052   100 LBP 0.1128   1 MDL 0.0939   1 MXN 0.0961   1 MYR 0.3975   1 NOK 0.2127   1 NZD 1.2655   1 PLN 0.4654   1 RUB 0.0284   1 SAR 0.4536   1 SDR 2.3874   1 SEK 0.2073   1 SGD 1.2498   1 TJS 0.1933   1 TMT 0.4868   1 TRY 0.4787   1 TWD 0.0561   1 UAH 0.0659   100 UZS 0.0421   1 XAG 28.0409   1 XAU 2135.9417   1 XPD 1440.9164   1 XPT 1594.0244   1 ZAR 0.1315   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Sığorta növləri


Sərnişinlərin İcbari Sığortası

Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən hava, su və ya yerüstü nəqliyyat vasitələri daxil olmaqla bütün nəqliyyat vasitələrinin sərnişinləri icbari şəkildə sığortalanmalıdır. Sığortanın mövzusu – Azərbaycan Respublikası ərazisində hərəkət edən, respublika ərazisi daxilində, habelə respublikadan kənara çıxan və ya respublikanın ərazisinə daxil olan sərnişinlərin həyat və/və ya sağlamlığıdır.

Belə sığorta təminatının dəyəri müvafiq nəqliyyat vasitəsində gediş bileti qiymətinin 1.5%-ni təşkil edir.

Sığorta məbləği hər sərnişin üçün 2000AZN məbləğində müəyyən edilir, ödəmələr isə bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxsin səhhətinin vəziyyətindən asılı olaraq sığorta ödənişləri cədvəlinə əsasən həyata keçirilir.


Nəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası

Sığortanın bu növü Azərbaycan Respublikasında daha geniş yayılmışdır.

Azərbaycan Respublikası «Nəqliyyat vasitələri sahiblərinn mülki məsuliyyətinin icbari sığortası haqqında» Qanununa uyğun olaraq, üçüncü şəxslər qarşısında öz məsuliyyətlərini sığortalamamış nəqliyyat vasitələri sahibləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən cərimə olunur.

Bundan əlavə, yol hərəkətində iştirak edən və texniki nəzarətdən keçən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətnin sığortalanması mülkiyyət formasından asılı olmayaraq icbari sayılır. Bu növ sığortanın predmeti əmlaka dəyən zərərin və ya həyata və sağlamlığa dəyən ziyanın üçüncü şəxslər qarşısında məsuliyyətidir. Yuxarıda adı çəkilən Qanunla təyin olunmuş sığorta haqlarının həmçinin bu növ üzrə sığorta ödənişlərinin həcmi aşağıda göstərilmişdir:

İllik sığorta haqqı:
Minik avtomobilləri:
- fiziki şəxslərə məxsus –10 manat.
- hüquqi şəxslərə məxsus – 12 manat.
- yük avtomobilləri – 16 manat.

Avtobuslar, o cümlədən:
- 8-14 oturacaq yeri olan – 24 manat.
- 15-26 oturacaq yeri olan – 36 manat.
- 26 və daha artıq oturacaq yeri olan – 50 manat.
- motoroller və motosikletlər – 5 manat.
- traktorlar və digər xüsusi təyinatlı maşınlar – 6 manat.
- tranvay və trolleybuslar – 16 manat.

Sığorta ödənişlərinin limit haqqı:
Yol-nəqliyyat hadisəsi zamanı həlak olanların vərəsələrinə, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına əsasən 1000 manat, əmlaka dəyən zərərə görə isə 1000 manata qədər sığorta məbləği ödənilir.


Yanğından İcbari Sığorta

Yanğından icbari sığortanın məqsədi, sığortalananların və əhalinin mülkiyyət maraqlarının müdafiəsidir ki, bu da yanğın nəticəsində onların əmlakına və sağlamlığına dəyən zərərin vaxtlı-vaxtında ödənişlə kompensasiya olunması və onların sosial müdafiəsi üçün əlavə təminatın təqdim olunmasıdır.

Azərbaycan Respublikasının «Yanğından icbari sığorta haqqında» Qanunu Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının yanğından sığortalanması sahəsində və üçüncü şəxslər qarşısındakı vətəndaş məsuliyyəti kimi münasibətləri tənzim edir, bu sığortanın iştirakçılarının yerinə yetirməli olduqları icbari minimal tələbləri təyin edir.

Sığorta obyektləri:

Sığorta müqaviləsində nəzərdə tutulmuş ərazidə sığortalıların mülkiyyətində və istifadəsində olan:

- binalar, o cümlədən kütləvi tədbirlər keçirilən binalar, aqreqatlar, ötürücü cihazlar, maşınlar və avadanlıq, mebel, hazır məhsul, xammal və materiallar
- sığortalının yanğın nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına dəyən zərər qarşısındakı mülki məsuliyyəti.

Sığortaçı tərəfindən ödənilən sığorta zamanı III şəxslərin əmlakına və sağlamlığına dəyən zərərə aşağıdakılar aiddir:
- ölüm hadisəsi və ya bədən xəsarəti.
- əmlaka dəyən zərər və ya əmlakın məhvi.
- zərərin öyrənilməsi ilə bağlı məhkəmə xərcləri

Hal-hazırda indiki Qanun üçün aşağıdakı predmetlər sığorta obyektləri sayıla bilməz:
- qiymətli kustar və antikvar tablolar, rəssamlıq əsərləri, kitablar, qravürlər, əlyazmalar, heykəltəraşlıq əsərləri, bəzək əşyaları, kolleksiyalar
- modellər, formalar, plan və eskizlər, ixtiraçılıq patentləri, sənədlər
- pul əskinasları, aksiyalar, istiqraz və digər qiymətli kağızlar, qızılın bütün növləri, gümüş və digər nəcib metallar və (avadanlığın tərkibinə daxil olan nəcib metallar istisna olmaqla) onlardan hazırlanmış zinət əşyaları, qiymətli daşlar.

Qəza vəziyyətində olan bina və tikililərin, həmçinin onlarda yerləşən əmlakın sığortasına icazə verilmir.


Ekoloji Sığorta

Bir çox müəssisələrin fəaliyyəti ətraf mühitə böyük zərər vurur, ekoloji vəziyyəti pozur, insanların sağlamlığına ciddi ziyan gətrir. Vətəndaşların əlverişli ətraf təbii mühitə olan hüquqları Azərbaycan Respublikası Konstitusiyasında, «Ətraf mühitin müdafiəsi haqqında qanunda» təsbit olunmuş və bu qanunların pozulması dövlət və zərərçəkənlər qarşısında məsuliyyət daşımağa vadar edir. İcbari ekoloji sığorta, Azərbaycan Respublikasının «İcbari Ekoloji sığorta haqqında» Qanunu vasitəsilə daha dəqiq tənzim olunur, bu qanuna müvafiq olaraq, ekoloji cəhətdən təhlükəli fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslər icbari sığortaya cəlb olunurlar. “Standard Insurance” sığorta şirkəti, istehsal təsərrüfat fəaliyyətilə məşğul olan müəssisələr tərəfindən qəza olaraq ətraf təbii mühitin çirkləndirilməsi nəticəsində dəyən ziyana qarşı mülki məsuliyyət riskinin sığortasını təklif edir.

Sığorta obyektləri:

Azərbaycan qanunvericiliyi tərəfindən qəbul edilmiş nizama uyğun olaraq sığortalının əmlak maraqları, sığortalının təsərrüfat-istehsal fəaliyyəti zamanı qəza olaraq ətraf təbii mühitin çirkləndirilməsi nəticəsində üçüncü şəxslərə dəyən ziyanı ödəməsilə bağlıdır.

Sığorta hadisəsi:

Sığortalı müəssisədə qəza və ya fəlakət baş verməsi nəticəsində təbii obyektə olan mənfi təsir, texnoqen qəza, sığortalı müəssisədə baş verən fəlakət qəza hadisəsi zamanı təbii obyektin çirkləndirilməsinə təsiri.

Sığorta məbləği və sığorta tarifləri:

Sığorta məbləği ekoloji sığorta müqaviləsinə əsasən tərəflərin razılaşmasına əsasən təyin olunur.

Tariflərin təyin edilməsində aşağıdakılar nəzərə alınır:

- təsərrüfat-istehsal obyektinin texniki vəziyyəti.
- istismar müddəti, avadanlığın aşılanması.
- istehsalın çirkləndirici maddə və tullantılarının ətraf mühitə tullanması, axıdılmasının xarakteristikası
- tullanma və axıdılmasına icazə verilməsinin təyin olunmuş qaydada tərtibi, çirkləndirici maddələrin basdırılma şərtləri.
- obyektdə qəzaların aradan qaldırılması üçün qəza-xilasetmə komandalarının mövcudluğu və təsnifatı, digər amillər.

Sığorta ödəmələri:

Fiziki və ya hüquqi şəxslərin əmlakına, ətraf təbii mühitin obyektlərinə zərər yetirildiyi halda, sığorta ödəmələrinin həcmi sığorta müqaviləsində göstərilən sığorta məbləği həddində real ziyana müvafiq təyin olunur.

Fiziki şəxsin sağlamlığına zərər yetirildiyi halda, zərərçəkənin əmək qabiliyyətini itirdiyi və ya əmək qabiliyyətini itirərək əlillik aldıqda və ya sağlamlığına digər ziyan dəydikdə itirilən əmək haqqı (gəlir) ona ödənilir.

Sağlamlığın bərpa edilməsi üçün zəruri olan əlavə xərclər (xüsusi qidalanma, sanatoriya-kurort müalicəsi, başqasının qayğısına ehtiyac, nəqliyyat xərcləri, pullu tibbi xidmət xərcləri və sairə).

Zərərçəkən vəfat etdiyi halda, onun öhdəsində olan əmək qabiliyyətini itirmiş şəxslərə, onun hesabına yaşamaq haqqı olan şəxslərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulur.


Könüllü Tibbi Sığorta

“Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən Könüllü Tibbi Sığorta xidmətlərini peşakər səviyyədə təqdim etməkdədir. 

“Standard Insurance” Sığorta Şirkəti müştərilərin tələbatına uyğün olaraq üç əsas sığorta proqramı işləmişdir.

BASİC SIĞORTA PROGRAMI
Stasionar xidmətlər
- təcili
-planlı
Ambulator-poliklinik xidmətlər
- təcili
- planlı
Təcili tibbi yardım

MEDİUM SIĞORTA PROGRAMI
Stasionar xidmətlər
- təcili
- planlı
Ambulator-poliklinik xidmətlər
- təcili
- planlı
Təcili tibbi yardım
Ambulator şəraitdə dərman təchizatı
Stomatoloji xidmətlər
- təcili 
- planlı

VİP SIĞORTA PROGRAMI
Stasionar xidmətlər
- təcili
- planlı
Ambulator-poliklinik xidmətlər
- təcili
- planlı
Təcili tibbi yardım
Ambulator şəraitdə dərman təchizatı
Stomatoloji xidmətlər
- təcili
- planlı
Tibbi Müayinə
Vaksinasiya
Vitaminizasiya

Bundan başqa hər bir korporativ müştəri onun tələblərinə cavab verə bilən sığorta paketini formalaşdırmaq imkanına malikdir. Bu rahat sığorta xidmətlərinin seçim sisteminə görə müştəri aşağıda göstərilən parameterlər ilə qiymətləndirilən bir neçə sığorta paketi seçmək imkanı verilir:
  1. Vəzifə
  2. Yaş/Cins
  3. Ailə vəziyyəti (ailə üzvlərini sığortalamaq imkanı)

Standard Sığorta paketləri aşağıda göstərilən əlavə xidmətlərlə genişləndirilə bilər:

  • Stomatoloji xidmətlər(Ekstra seçim: ağartma, Diş daşlarının  təmizlənməsı)
  • Doğum
  • Hamiləlik və Doğum
  • Protezləşdirmə
  • Şəxsi Tibbi və optik cihazlar
  • Tibbi müayinə (Sağlamlık haqqında Sertifikatın verilməsi, və il ərzində resertifikasiya)
  • Tibb məntəqələrin (saytda, ofisdə) yaradılmasına köməklik göstərmək
  • İstehsalat təbabəti
  • Dərman preparatlarının ofislərə çatdırılması
  • Müştərinin tələbinə görə digər xidmətlərin təşkil edilməsi

Sığorta haqqı hər bir müştərinin fərdi ehtiyaclarına, götürdüyü risklərə və sığortalı tərəfindən dəqdim olunmuş məlumat əsasında fərdi qaydada müəyyən edilir. 

Əlavə olaraq Korporativ müştərilər (Ailə həkimi) xidmətindən yararlana bilərlər. Xüsusi razılığın olması şərti ilə, sığortalı şəxs öz seçiminə əsasən istənilən həkimə və istənilən tibb müəssisəsinə müraciət edə bilər (əgər sığorta şirkətinin həmin tibb müəssisəsi ilə müqaviləsi yoxdursa).

Sığorta olunmuş şəxslərə xidmət dispeçer şöbəsinin ixtisaslaşdırılmış həkimlər tərəfindən günün 24 saatında, həftənin 7 günü, ilin 365 günü göstərilir.Dispetçer xidməti həkimləri yüksək səviyyəli tibbi-koordinativ xidmətlər göstərməkdədirlər. 

Tibb müəssisələri tərəfindən sığortalılara  göstərilən xidmətlər Sığorta şirkətinin daima nəzarəti altındadır. Buda tibbi ekspertiza şöbəsinin yüksək səviyyəli işinə görə həyata keçirilir. Bu öz növbəsində müştərilərə göstərilən xidmətlərinin səviyyəsini və keyfiyyətini daha da yüksəltmək imkanını yaradır.

Sığortalanmış şəxslərin ailə üzvləri (onların sığortalanmadığı halda) sığorta şirkətinin müqaviləyə dair əməkdaşlıq etdiyi tibb müəssisələrinin siyahısında olan tibb müəssisələrində endirim şərtləri əsasında müvafiq tibbi xidmət almaq imkanına malikdirlər.


Səfər Sığortası

Ezamiyyət və ya turist səfərləri zamanı özünüzü gözlənilməz hadisələrdən sığortalamaq istəyirsinizmi? Belə olan təqdirdə sığorta polisi köməyinizə gələr!

Sığorta polisinin mövcudluğu Sizi gözlənilməz tibbi xərclərdən qoruyar, bədbəxt hadisələrdən sığortalanmağa, həmçinin dünyanın bir çox ölkələrinə giriş vizaları almağa kömək edər. Polisi əldə edərkən Siz ilk növbədə sağlamlığınızın və rahatlığınızın qayğısına qalmış olursunuz. Hətta Azərbaycanın hüdudları xaricində belə Siz özünüzü müdafiə olunmuş kimi hiss etməniz üçün  “Standard Insurance” Sizə aşağıdakı sığorta növlərini təqdim edir:

- Tibbi xərclərin sığortası
- Xaricə səfərə gedərkən bədbəxt hadisələrdən sığortalanma

Səfər sığortası proqramı aşağıdakı xərclərin ödənilməsini nəzərdə tutur:

- Xəstəlik və ya bədbəxt hadisə zamanı tibbi yardım. Təcili stomatoloji yardım
- Xəstəlik və ya bədbəxt hadisə zamanı daşıma
- Xəstəlik və ya bədbəxt hadisə zamanı vətənə qaytarılma
- Cəsədin qaytarılması
- Qohumun gəlişi

Polisin dəyəri olduğunuz ölkədən, sığorta həcmindən və Sizin səfərinizin müddətindən asılıdır. Sığorta şirkəti xaricdə yardımı «GVA» (Global Voyager Assistance) - tibbi assistans- servis şirkəti vasitəsilə həyata keçirir. Onun filialları və nümayəndəlikləri şəbəkəsi dünyanın bütün ölkələrini əhatə edir və sizin harada olmanızdan asılı olmayaraq günün 24 saatını lazımi yardımı göstərməyə hazırdır.

"GVA" SERVIS ŞIRKƏTININ BIR BAŞA XƏTLƏRI VƏ SERVIS MƏRKƏZLƏRI
Dünyanın istənilən ölkəsindən edilən zənglər üçün:
Moskva (Rusiya)             +7(495) 775 09 99      
Aşağıda bir neçə ölkədə yerləşən nümayəndəlik və filialların nömrəsi göstərilmişdir:

Almaniya

0 800 182 40 65

Avstriya

0 800 291 976

Bolqarıstan (Sofiya)

02 439 44 44

Fransa

0 800 900 998

Fillandiya

0 800 116 696

Hollandiya

            +41 (01) 201 06 79      

İsveçrə (Zürix)

01 201 06 79

İtaliya

800 787 235

İspaniya

90 099 35 70

Kipr

            (24) 62 50 99      

Misir (Xurqada)

(010) 648 99 22

Tayland

            00 1 800 357 1295      

Turkiyə (Antaliya)

(02 42) 824 97 70

Yunanıstan (Larnaka)

00 800 357 129 23 00


Sizə bir hadisə üz verdikdə nə etməli?

Günün istənilən vaxtında yardım mərkəzinə zəng etmək və başınıza gələn gözlənilməz hadisədən oranın işçisini xəbərdar etmək lazımdır; sığorta polisinin nömrəsini söyləmək; sığortalanmış şəxsin adını və familiyasını göstərmək tələb olunan yardımın xarakterini qeyd etmək, yerinizi göstərmək və sizinlə əlaqə saxlamaq üçün telefon nömrəsini vermək lazımdır.

Çox qısa zamanda Sizə tələb olunan yardım pulsuz həyata keçiriləcək və sığorta şirkətinin adına hesab köçürüləcək. Əgər Siz tibbi xidməti öz hesabınıza ödəmisinizsə, həkimdən aşağıdakı sənədləri tələb edin: 

-Familiyanız, adınız, diaqnoz, aparılmış prosedurlar haqqında məlumatlar və onların keçirildiyi müddət haqqında adlı hesabların əsli;
-müalicə hesabının ödənilməsi barədə kvitansyanı;
həkimin familiyası və təyin olunmuş dərmanların adları göstərilmiş möhürlü reseptlər;
-qiymət kağızlarını;
-hesabın ödənilməsini təsdiq edən sənədləri

Azərbaycana qayıtdıqdan sonra 5 iş günü ərzində sığorta şirkətinə müraciət etmək, sığorta hadisəsini tam təsvir edən arayış yazmaq, tibbi xidmət faktını və onun pulunun ödənilməsini təsdiq edən sənədlərin əslini əlavə etmək zəruridir. 


Əmlak sığortası

ASC “Standard Insurance” şirkəti bu bölmədə müəssisə rəhbərlərinə aşağıdakı sığorta müdafiəsini təklif edir:

  • binalar və tikililər (mühəndis kommunikasiyaları və bina tərtibatı işləri).
  • tərtibat və otaqların tərtibat elementləri.
  • mebel,təsərrüfat avadanlığı.
  • istehsal (ticarət) avadanlığı.
  • elektron avadanlıq və orqtexnika.
  • məişət elektrik cihazları.
  • ambarlarda olan məhsullar.
  • ticarət zalında olan məhsullar.
  • vitrin şüşələri və reklam yazıları.
  • kassa aparatlarında, seyflərdə, bankomatlarda, pul xəzinələrində yerləşən nəĞd pul (kassa) vəsaitləri və sairə.

Təkcə mülkiyyətdə olan əmlak deyil, həmçinin icarəyə götürülmüş və ya verilmiş, girov, lizinq, həmçinin saxlanmağa verilmiş əmlak da sığortalanmalıdır.
Sığortalanmış əmlakın zərər çəkmə riski olduğu təqdirdə, sığorta müdafiəsi təmin edilir:

  • zəlzələ, vulkan püskürməsi, sürüşmə, su basma, tufan kimi təbii fəlakətlər.
  • yanğın və ildırım vurma.
  • buxar çənlərinin partlayışı.
  • su, istilik və kanalizasiya sistemlərinin qəzası.
  • uçan aparatların və onların qalıqlarının yerə düşməsi


Sığorta müdafiəsi aşağıdakıları əhatə etmir:

  • nəqliyyat vasitələri.
  • müvəqqəti bina və tikililərin avadanlığı.
  • şəxsi heyətin mülkiyyəti.


Əmlak sığortası müqaviləsinə əlavə olaraq aşağıdakı sığorta ödənişlərini əldə etmək olar.


1. Fəaliyyət dövründə baş verən fasilələrdən gələn zərərin sığortası
Sığortanın bu növü əmlakın sığorta paketi ilə birlikdə təklif olunur və sığorta hadisəsi baş verərkən, yəni ziyan dəymə, sığortalanmış əmlakın məhvi və s.nəticəsində əmək fəaliyyətində baş verə biləcək fasilələrdən dəyən zərərin ödənilməsini təmin edir:
Bu halda ödənilən ziyana aşağıdakı xərclər daxildir:

  • əmək haqqı;
  • sosial sığorta orqanları və digər analoji hesablara müvafiq ödəniş;
  • təsərrüfat fəaliyyətinin tədavülü və onun nəticələrindən asılı olmayan vergi və rüsumlar;
  • icarə pulu;
  • amortizasiya köçürülmələri;
  • kreditlər və digər vəsaitlər üzrə faizlər.


Bundan əlavə sığorta bütün məcburi fasilələr dövrü zamanı əldə olunmamış orta gəlirin ödəmələrini də təmin edir. Sığorta, sığorta müqaviləsində göstərilmiş müddətdən artıq olmayan bir dövrü nəzərə almaqla əmək fəaliyyətini bütün dövrlərinə şamil edilir.


2. Avadanlığın sınmalardan sığortası
Sığortanın bu növü böyük həcm və maliyyə stabilliyi ilə xarakterizə olunur. Sığorta polisinin tərtibi yüksək kvalifikasiyalı texniki ekspertiza ilə müşayiət olunur.
Avadanlığın sınmalardan (Mashine Breakdown) sığortası bütün dünyada geniş tətbiq olunur.

Sığorta obyektləri aşağıdakılar ola bilər:

  • buxar çənləri.
  • qaz və digər turbinlər.
  • nasoslar.
  • kompressor avadanlıqları.
  • elektromühərriklər.
  • generatorlar
  • transformator və digər avadanlıq


Sığorta ödəmədəri həmçinin aşağıdakı hallarda təşkil olunur: 

  • gözlənilməyən sınmalar və defektlər;
  • işçi heyətinin səhvləri;
  • Tros və zəncirlərin qırılması;
  • Mexanizmlərdə təzyiq, qızma, vibrasiya, ayrılma, əyilmə, dolub qalma;
  • Hidravlik zərbə;
  • Elektrik cərəyanının təsiri;
  • Buxar çənlərinin partlayışı;
  • Qoşma və vəsilələrin sınma və nasazlığı;
  • Külək,şaxta və buz sürüşmələrinin təsiri nəticəsində sınma və nasazlıqlar.


Adətən mexanizm və avadanlığın sınmalardan sığorta polisi, müəssisələr tərəfindən yanğından sığorta polisi və müvafiq risklərdən əlavə olaraq əldə edilir və sığortalının daxil olmayan əmlak maraqlarını müdafiə etmək məqsədi güdür.


3. Tranzitdə olan malların sığortası
Adı çəkilən sığorta ödəməsi tranzitdə olan malların zərər çəkməsi və ziyana düşməsini əhatə edir. Aşağıda göstərilən hallar istisna olmaqla sığortalının hər hansı risk nəticəsində o cümlədən oğurluq və ya oğurluq etmə cəhdlərinə də şamil edilir.

  • Sığortalının və ya onun hər hansı bir işçisinin qəsdən və ya qeyri-qanuni hərəkətlərindən irəli gələn zərər və ziyan çəkmələr;
  • Sığortalının maraqlarına, təbii axma, çəki və həcmin təbii azalması və itirilməsi, malın təbii şəkildə aşılanması kimi dəyən zərər;
  • Sığortalanmış malda çatışmamazlıq (defekt) və ya malın xüsusiyyətlərindən irəli gələn zərər və ziyan;
  • Gecikmə nəticəsində,o cümlədən gecikmənin sığortalanmış risklə bağlı baş verməsi nəticəsində dəyən zərər və ziyan;
  • Hərbi fəaliyyət, vətəndaş müharibəsi, inqilablar, çevriliş və ya mülki ixtişaşlar, həmçinin vuruşan tərəf və ya onun əksinə hərəkət edən tərəfin apardığı düşmən fəaliyyəti nəticəsində dəyən zərər və ziyan;
  • Sığortalının işçilərinin qeyri səmimi, (yalançı) olmaları və ya onun özünün yalanı nəticəsində dəyən zərər və ziyan.

Adı çəkilən sığorta ödəmələri malların nəqliyyat vasitəsinə yükləndiyi andan, malın boşaldıldığı məkana qədər keçdiyi dövrdə qüvvədə qalır.



Nəqliyyat vasitələrinin sığortası

Sizin avtomobilinizin aşağıda göstərilən risklərdən müdafiə etməyi bizə havalə etmənizi təklif edirik:

  • Yol-nəqliyyat hadisəsi (YNH)- yol nəqliyyat hadisəsi (YNH) nəticəsində nəqliyyat vasitəsinin əzilməsi və ya məhvi;
  • «Üçüncü şəxslərin hərəkətləri»- üçüncü şəxslərin qəsdən və ya ehtiyatsız hərəkətləri nəticəsində nəqlyyat vasitəsinin və ya onun hissələrinin əzilməsi və ya məhvi;
  • «Təbii fəlakətlər» - Tufan, qasırğa, leysan yağışları, dolu yağması, qar yağması, zəlzələlər, uçqun, sürüşmə, su basma nəticəsində avtomobilin əzilməsi və ya məhvi;
  • «Yanma» - yanğın nəticəsində avtomobilin zərər çəkməsi və ya məhvi;
  • «Oğurluq» - Oğurluq, quldurluq, basqın nəticəsində avtomobilin itirilməsi;
  • «Mülki məsuliyyət» - yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərə və ya onların əmlakına dəyən zərərn sığorta müdafiəsi.

Sığorta risklərindən hər hansı birini seçmək və dəyişmək arzusunda olan şəxslərə sığorta xidməti.

ASC “Standard Insurance” şirkətinin nəqliyyat sığortası şöbəsinin mütəxəssisləri sığorta müqaviləsi bağlanan zaman Sizə sığorta risklərinin optimal sayını seçmək və avtomobilin dəyərini təyin etməyə kömək edər, habelə nəqliyyat vasitəsinə baxış keçirər və onun texniki vəziyyəti barədə akt tərtib edə bilərlər. Müştəri sığorta ödənişinin haqqını verdikdən sonra, sığorta hadisəsi baş verərsə sürücünün hərəkətlərini aydınlaşdıran polis əldə edir. Sığorta hadisəsi baş verdiktə şirkət aşağıdakı xidmətləri göstərir:

  • Yol-hərəkət hadisəsi yerinə gediş, avtomobilin evakuasiyası zamanı kömək;
  • Ən qısa müddətdə təmirin təşkili;
  • Təmirin keyfiyyətli olmasına nəzarət;
  • Müştərinin arzusuna müvafiq – dəyən maddi zərərin ekspertlər tərəfindən qiymətləndirilməsi;
  • Qəza hadisəsi təfərrüatının aydınlaşdırılmasında hüquqi kömək.



Yük sığortası

Konkret müştərinin işinin spesifikliyindən asılı olaraq ASC “Standard Insurance” sığorta şirkəti onun yüklərinin sığorta ödəmələrini dünyanın ən yaxşı sığorta şirkətilərində sığorta müdafiəsini təmin etməklə təklif edir.

Nəqliyyatın bütün növləri ilə nəql edilən hər növ yük, həmçinin nəql etmə ilə bağlı bütün nəqliyyat xərcləri sığorta obyektləri hesab olunur.

Sığortanın bu növü üzrə qayda və şərtlər beynəlxalq standartlara müvafiqdir. Sığorta ödəməsi «A», «B», və «C» şərtlərinə müvafiq həyata keçirilir.

«A» üzrə şərtlər bütün zərəri, o cümlədən oğurluğu, fiziki itkiləri və ya nəqletmə zamanı xarici təsirlər nəticəsində dəyən ziyanı, həmçinin ümumi qəza hadisəsi və ya yükün xilas edilməsi üzrə xərcləri ödəyir.

«B» üzrə yüklərin sığortası şərti təkcə yükün və onun hissələrinin təbii fəlakət, toqquşma, qəzaya uğrama, nəqliyyat vasitələrinin itməsi, habelə yükün yüklənməsi, yerləşdirilməsi və boşaldılması nəticəsində zədələnməsi zərərini ödəyir.

«C» üzrə yüklərin sığortası təkcə yükün və ya onun hissələrinin zədələnməsi təbii fəlakət, toqquşma, qəzaya uğrama və nəqliyyat vasitəsinin itməsi nəticəsində baş verən zərəri ödəyir.

Sığortanı həm daşınma marşrutunun bir hissəsi, həm də yüklənmə nöqtəsindən çatdırılma nöqtəsinə qədər bütün marşrut boyü ödənmə şərti ilə tərtib etmək olar.

Sığorta haqqının miqdarı yükün nomenklaturası, qablaşdırılması, daşınma marşrutu, daşınma üsulu, sığorta şərtlərinin seçimindən,həmçinin mühafizəçilərin mövcudluğu və yüklərin müşayiəti olunmasından asılı olaraq təyin edilir.



Üçüncü şəxslər qarşısında məsuliyyət

ASC “Standard Insurance” sığorta şirkəti istehsalatla məşğul olan müəssisələr üçün xüsusi olaraq istehsalçının məsuliyyət sığortasını təklif edir. İstehsal olunan və ya realizə olunan məhsula dəyən zərərin ödənməsi, hər hansı bir şirkətin maliyyə sabitliyinə zərbə vura bilər, müəssisələrin əsas fəaliyyətindən pul vəsaitlərini uzaqlaşdıra bilər və hətta müəssisənin ümumiyyətlə mövcudluğuna təhlükə yarada bilər. Bu növ risklərin neytrallaşdırılmasının optimal üsulu, istehsal olunan və ya realizə edilən məhsulun vura biləcəyi zərərin ödənməsində məsuliyyət sığortasıdır. Bu halda sığortanın obyekti, istehlakçıya müəssisə tərəfindən hazırlanan və ya satılan məhsulların və və istifadəsi nəticəsində vurulan maddi ziyanın məsuliyyəti və ya istehlakçının həyatı və sağlamlığına dəyən zərərə qarşı məsuliyyətdir.

Sığortanın bu növü üzrə aşağıdakılar ödənilir:

-istehlakçıya vurulan maddi ziyan.
-Sağlamlığı bərpa etmək üçün lazım olan xərclər.
-Zərərçəkmiş şəxsin həyatı və sağlamlığına dəyən zərərlə bağlı digər xərclər.
-Məhkəmə xərcləri.
-Hüquqi köməklə bağlı, o cümlədən vəkillərə qonorarların ödənməsi də daxil olan xərclər.


Peşəkar məsuliyyət

Bu növ sığorta notarius, auditor, depozitarilər, tibb işçiləri, qiymətləndiricilər, rieltor və gömrük brokerləri üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının qanunvericilyinə müvafiq olaraq vətəndaşlar, yuxarıda adı çəkilən peşə sahibləri nümayəndələrinin günahı üzündən dəyən zərərin maddi şəkildə ödənməsini təmin etmək üçün iddia qaldırmağa hüquqları çatır. Müştərilərin bu mütəxəssislərin peşəkar səhvləri ucbatından zərər çəkmələri nəticəsində onlara qarşı maddi tələblərin qaldırılması səbəbindən heç də az olmayan vəsaitlər ödəməsi barədə çoxlu hadisələr məlumdur. Heç kəs səhvdən sığortalanmayıb. Buna görə də ASC “Standard Insurance” Sizin peşəkar məsuliyyətinizi üçüncü şəxslər qarşısında sığortalamağı təklif edir, belə olan halda Sizin mümkün səhvlərinizin cavabını sığorta şirkəti verəcək.


İşəgötürənin məsuliyyətinin sığortalanması

Hər hansı bir təsərrüfat fəaliyyəti işçilərin əmək məşğuliyyəti prosesində həyat və sağlamlığına zərərverəcək risklə sıx surətdə bağlıdır. Azərbaycan Respublikası mövcud qanunvericiliyinə müvafiq olaraq, iş təklif edən tərəf işçilərinə öz peşəkar məşğuliyyətləri zamanı həyatlarına və sağlamlığına ziyan dəyərsə, onlara dəyən zərəri ödəməlidir.

Sizin tərəfinizdən işçilərə dəyən zərəri ödəmək üçün lazım olan xərclərdən ən etibarlı və effektiv üsulla müdafiə işəgötürən tərəfin məsuliyyət sığortasıdır. İşəgötürən tərəfin məsuliyyətinin sığortası müqaviləsi Sizə işçilərə dəyən zərər ödəmə xərcləri minimuma endirmək üçün real imkan yaradır.

Beləliklə, öz məsulyyətinizi sığortalamaqla Siz sığorta hadisəsi təfərrüatının aydınlaşdırılması, dəyən zərərin miqdarının muəyyən edilməsi, həmçinin məhkəmə araşdırmaları ilə bağlı xərcləri sığorta şrkətinin öhdəsinə buraxırsınız.

Sığortalı kim ola bilər?
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən işçiləri təsərrüfat fəaliyyətinə cəlb edən hər hansı bir iş təklif edən tərəf, işəgötürən tərəfin məsuliyyətini sığorta müqaviləsinə əsasən sığortalı ola bilər.

Sığorta predmeti nədir?
İşəgötürən tərəfin maraqlarının qanunvericilik tərəfindən təsbit edilmiş məsuliyyəti nəticəsində ona dəyən zərərin müdafiəsi sığorta predmetidir. Həmçinin özlərinin peşəkar məşğuliyyətlərini yerinə yetirdikləri prosesdə işəgötürən tərəfin işçilərinin bədən xəsarəti aldıqları ilə bağlı dəyən ziyanın aradan qaldırılmasında iş təklif edən tərəfin maraqlarının qorunmasıdır.

Sığorta riski
İşçilərin həyatına və sağlamlığına (ölüm, müvəqqəti və ya daimi əmək qabiliyyətini itirmə, peşəkar xəstəlklər) dəyən zərər-fiziki zərərdir.
Sığorta ödənişi zərərçəkən işçiyə (onun vərəsələrinə) ödənlir.

Sığorta məbləği
Sığorta məbləği tərəflər arasında olan razılığa əsasən təyin olunur. Sığorta müqaviləsi imzalanarkən hər bir sığortalanmış işçiyə və hər bir sığorta hadisəsinə maksimal şəkildə sığorta məbləğinin ödənişi təyin edilir.
Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta məbləği limiti çərçivəsində məsuliyyət daşıyır.

Şərtsiz azadolma
Adətən bütün sığorta müqavilələrində şərtsiz azadolma sığortalı tərəfindən zərərin ödənməyən bir hissəsi nəzərdə tutulur. Şərtsiz azadolma sığorta məbləğinin faizi və ya pul məbləği şəklində təyin olunur. Şərtsiz azadolma zərərin ödənməsi qaydasını sadələşdirməyə və tarif stavkalarını azaltmağa kömək edir.

Sığorta tarifləri və sığorta haqqı
Sığorta tarifləri onun fəaliyyət xüsusiyyətlərindən və riskin dərəcəsinin təyin olunmasında nəzərəçarpacaq əhəmiyyət kəsb edən digər faktorlardan asılı olaraq təyin edilir.

Sığortanın dəyəri (və ya sığorta haqqı mükafat) sığortaçı tərəfindən təyin edilmiş tarif stavkaları əsasında müəyyən edilir. Tarif hər bir müştəri üçün fərdi olaraq təyin edilir və sığortalının fəaliyyət xüsusiyyətlərindən və riskin dərəcəsini müəyyən olunmasında nəzərəçarpacaq əhəmiyyət kəsb edən digər faktorlardan asılıdır, həmçinin tarif, sığorta müddətindən, məsuliyyət limitindən, şərtsiz azadolma miqdarından asılı olaraq müəyyən edilir.


Mülki məsuliyyətin sığortalanması

Gündəlik həyat, hər hansı bir fəaliyyət o cümlədən peşəkar fəaliyyət bədbəxt hadisələr və gözlənilməz hadisələrin riskini özündə daşıyır ki, bunun nəticəsində də hər birimiz üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyə biləcək zərərin səbəbkarı ola bilərik.
«Heç kəs bədbəxt hadisələrdən sığortalanmayıb» kimi geniş yayılmış bir ifadə hamımıza yaxşı məlumdur.

Bəs belə olan halda özünüzü belə risklərdən necə müdafiə edebilərsiniz? Axı qanunvericiliyə uyğun olaraq həm fiziki, həm də hüquqi şəxslərin həyatı, sağlamlığı və əmlakına dəyən zərər bu zərərin səbəbi olmuş şəxs tərəfindən tam şəkildə ödənməlidir.

Hər şey çox sadədir! Sizin tərəfinizdən bilməyərəkdən vurulmuş ziyanın ödənilməsi ilə bağlı bütün problemlər mülki məsuliyyət sığortası tərəfindən tam şəkildə həll edilir. ASC  “Standard Insurance” şirkəti ilə bağlanmış məsuliyyət sığortası Sizə həm fiziki, həm də hüquqi şəxslərə dəyən zərərin ödənilməsi xərclərini minimuma endirməkdə real imkanlar təqdim edir.
Beləliklə, öz məsuliyyətinizi sığortalamaqla Siz sığorta hadisəsinin təfərrüatının aydınlaşdırılması, zərərin miqdarının müəyyənləşdirilməsi, həmçinin məhkəmə araşdırmaları ilə bağlı bütün xərcləri sığorta şirkətinin öhdəsinə buraxırsınız.

Sığortalı kim ola bilər?  
Hər hansı bir hüquqi və fiziki şəxs ümumi mülki məsuliyyət sığortası üzrə müqaviləyə əsasən sığortalı ola bilər.

Sığortanın predmeti nədir?
Sığortanın predmeti, sığortalının əmlak maraqları, onun qanunvericiliklə müəyyən edilmiş qaydada üçüncü şəxslərin həyatı, sağlamlığı və əmlakına dəyən ziyanın ödənilməsi ilə bağlı öhdəlikləridir.

Sığorta riski
Fiziki şəxslərin həyatına və sağlamlığına (ölüm, müvəqqəti və ya daimi əmək qabilyyətini itirmə, digər şikəstliklər) dəyən zərər-fiziki zərərdir.

Sığorta məbləği
Sığorta məbləği tərəflər arasında olan razılığa əsasən təyin olunur. Sığorta müqaviləsi imzalanarkən hər bir sığorta hadisəsi maksimal şəkildə sığorta məbləğinin ödənişini təmin edilir. Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta məbləği /limiti çərçivəsində məsuliyyət daşıyır.

Şərtsiz azadolma
Adətən bütün sığorta müqavilələrində şərtsiz azadolma sığortalı tərəfindən zərərin ödənməyən bir hissəsi nəzərdə tutulur.
Şərtsiz azadolma sığorta məbləğinin faiziki və ya pul məbləği şəklində təyin olunur. Şərtsiz azadolma zərərin ödənməsi qaydasını sadələşdirmək və tarif stavkalarını azaltmağa kömək edir.

Sığorta tarifləri və sığorta haqqı (Mükafat)
Sığorta dəyəri (və ya sığorta haqqı (Mükafat) sığortaçı tərəfindən təyin edilmiş tarif stavkalarına əsasən müəyyən edilir.

Tarif hər bir müştəri üçün fərdi olaraq təyin edilir və sığortalının fəaliyyət xüsusiyyətlərindən və riskin dərəcəsinin müəyyən edilməsində nəzərəçarpacaq əhəmiyyət kəsb edən digər faktorlardan asılıdır, həmçinin sığorta müddətindən, məsuliyyət limitindən, şərtsiz azadolma miqdarından asılı olaraq müəyyən edilir.

Sığorta haqqı/mükafat sığorta müqaviləsinə əsasən sığorta məbləğinin həcmi və müəyyən edilmiş tarif stavkalarından çıxış edilərək hesablanır. 

Harada sığortalanmalı?

Bizə zəng vurmaq kifayətdir. Biz nə ilə fərqlənirik:

- fərdi yanaşma
- sürət
- peşəkarlıq
- tarif stavkalarının elastikliyi



<< geri


financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment