Müsahibə - Teymur Axundov
           

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

Müsahibə - Teymur Axundov


"AtaBank" ASC Bank kartları və Elektron xidmətlər Departamentinin Direktoru
Elektron xidmətlər: çevik və səmərəli idarəçiliyin mütərəqqi modeli

Azərbaycanı müasir dövlətə çevirmək məqsədini qarşıya qoyan maliyyə, bank, vergi sisteminin davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 22 noyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır.


Bu sərəncam Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsini, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsini nəzərdə tuturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” və “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi qaydaları” ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların mərhələlərlə quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS-terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir.

Hökumətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər bütövlükdə vətəndaşlarınelektron ödəniş sistemlərinə çıxış imkanlarının asanlaşdırılmasına, maarifləndirmə tədbirlərinin genişləndirilməsinə xidmət edir.

Qeyri-nağd ödəniş sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından da vacibdir. Nağdsız hesablaşmalar zamanı real pul nominalları faktiki olaraq görünmür, alqı-satqı əməliyyatları elektron formada reallaşır. Bu halda pulun alıcıdan satıcıya ödənişi bank vasitəsi ilə həyata keçirilir.

Nağdsız hesablaşmaların ödəniş kartları, bank köçürmələri, çeklər və s. kimi müxtəlif növləri mövcuddur. Ən populyar qeyri-nağd ödəniş aləti olan plastik kartlardan dünyanın 200-dən çox ölkəsində istifadə olunur. Ödəniş kartlarının digər üstünlükləri ilə yanaşı vətəndaşlar üçün üstünlüyü ondadır ki, vətəndaş külli miqdarda nağd pul vəsaitini özü ilə gəzdirmək məsuliyyətindən azad olur, ticarət zamanı əlavə vaxt itkisinə yol verilmir. Eləcə də günün istənilən vaxtı bankomatlar vasitəsilə şəxsi hesabından nağd pul çıxara bilir, özünü bütün zamanlarda rahat, güvənli hesab edir.

Azərbaycanın bank sektorundaliderlərdən biri olan “AtaBank” ASC respublikanın ödəniş kartları bazarında ödəniş kartlarının sayına, ekvayrinq şəbəkəsinin genişliyinə və elektron xidmət sahəsində göstərdiyi xidmət müxtəlifliyinə görə xüsusi çəkiyə sahibdir. Bank “İnternet-banking”, “Mobile-banking”, “Card to card”, “PIN change”, “SMS-banking”, “3D Secure”, “Cash by code” kimi modern xidmətləri də həyata keçirir.

Emissiya və ekvayrinq fəaliyyətinin nəzarəti və dələduzlu əməliyyatlarının aparılmasına qarşı tədbirlərin həyata keçirilməsi üçün “AtaBank” ASC-də “Online Risk Monitoring” sistemi tətbiq edilmiş və xüsusi monitoring qrupu yaradılmışdır.

1 sentyabr 2013-cü il tarixinə bank tərəfindən emissiya edilib dövriyyəyə buraxılan plastik kartların sayı 26500 keçmişdir. «AtaBank» ASC «Visa» beynəlxalq ödəniş sisteminin üzvü olaraq «Visa Electron», «Visa Classic», «Visa Gold», «Visa Business» və «Visa Platinum» kartlarını emissiya edir. 2013-ci ildən bank, həmçinin, «Maestro», «MasterCard Standard», «MasterCard Gold» və «MasterCard Platinum» kartlarını dövriyyəyə buraxmışdır.

«AtaBank»ın kartları ilə mal almaq, bankomatlar və ya internet üzərindən kommunal haqlarını ödəmək, mehmanxanalarda bronlaşdırma aparmaq, avtomobilləri kirayəyə götürmək və digər xidmətlərdən yararlanmaq mümkündür. Bu kartlarla bütün dünya ölkələrində nağdsız əməliyyatları aparmaq mümkündür. Cari ildə Bankın bankomatlarının sayı artaraq 80 ədəd təşkil etmişdir.

Ölkənin ən etibarlı maliyyə strukturlarından biri olan “AtaBank” ın uğurlu fəaliyyəti nəticəsində ticarət, ictimai-iaşə və xidmət obyektlərində quraşdırılmış retail tipli POS-terminalların sayı 1 sentyabr 2013-ci il tarixinə quraşdırılmış POS-terminalların sayı (“e-commerce” mağazaları daxil olmaqla) 8621 ədədə çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, quraşdırılmış POS-terminalların sayına görə “AtaBank” ASC ölkədə banklar arasında 1-ci yerdədir. Təsərrüfat subyektlərində POS-terminallarla ödəniş qəbul edən əməkdaşların plastik kartlar və elektron ödənişlər sferasında bilik səviyyəsinin artırılması məqsədi ilə mütəmadi olaraq keçirilən treyninq və seminarların, maarifləndirmə tədbirlərinin nəticəsidir ki, hal-hazırda POS-teminal vasitəsilə aparılan əməliyyatların gündəlik sayı orta hesabla 600-800ədəd təşkil edir.

Elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə "AtaBank" ASC 15 dekabr 2011-ci il tarixindən etibarən başladığı "Nağdsız ödə, nağd qazan" stimullaşdırıcı lotereya kampaniyasını uğurla davam etdirir. Kampaniya başladığı vaxtdan bu günədək bankın POS terminalları vasitəsi ilə aparılan əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çox artmışdır.

Kampaniya dövründə "AtaBank"ASC-nin plastik kart istifadəçilərinin sayında da artım olmuşdur. Ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış AtaBank POS-terminalları vasitəsilə nağdsız əməliyyatlar aparan Azərbaycanda buraxılmış istənilən plastik kart sahibi bu lotereyada iştirak edə bilər. 25 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri 1 ədəd kupon əldə edirlər. Uduşlar 1000 manata qədərdir.

2013-cü ilin fevral, mart və aprel aylarında “Neptun” supermarketlər şəbəkəsində “Visa İnternational” beynəlxalq ödəniş sistemi ilə birgə Milli Kampaniyası keçirilmişdir. Milli Kampaniya çərçivəsində 3 ay ərzində yalnız “Neptun” supermarketlər şəbəkəsində bank-emitentdən asılı olmayaraq Visa kartı ilə aşıl-veriş edənlər məbləğdən asılı olaraq müxtəlif hədiyyələr əldə etmişdirlər.

2013-cü ildə “AtaBank” ASC “MasterCard Europe Sprl” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü seçilmişdir. Bununla əlaqədar olaraq, cari və növbəti illərdə Bank “MasterCard Europe Sprl” ödəniş sistemi ilə müxtəlif kampaniyaların keçirilməsi planlaşdıdılır.

Bir sözlə “AtaBank” ölkədə sahibkarlığa, o cümlədən, bank sektoruna göstərilən yüksək diqqətin müqabilində üzərinə düşən məsuliyyəti düzgün müəyyənləşdirərək ölkə iqtisadiyyatının inkişafı prosesinə öz töhfəsini verməyə çalışır. Ölkəmizin iqtisadi inkişafı, bir sıra innovativ islahatların aparılması və əhalinin rifah halının yüksəlməsi nağdsız ödəniş vasitələrinin tədbiqini zəruri edir. Bu sahədə həm dövlət orqanlarına, həm maliyyə-bank sektoruna, həm də ayrı-ayrı hüquqi və fiziki şəxslərə böyük məsuliyyət düşür.

Bunları nəzərə alaraq müəssisələr müasir ödəniş vasitələrinindən istifadəni genişləndirməli, nağdsız dövriyyəyə üstünlük verməlidirlər. Qeyri-nağd ödənişlərin yayılması və nağdsız ödənişlərin reqlamentinin artırılması prosesində dövlət qurumları, biznes strukturları ilə bərabər KİV-nin də fəallığı təmin olunmalıdır.

Nağdsız ödəniş sistemlərinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ticarət və xidmət obyektlərində plastik kartlar vasitəsilə ödəniş səviyyəsinin artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və digər dövlət qurumlarının fəaliyyəti bir daha təsdiqləyir ki, Azərbaycan dinamik inkişaf yolunda yeni-yeni nailiyyətlərə imza atmaqda davam edir və qarşıya qoyduğu strateji vəzifələrin öhdəsindən uğurla gəlir.





<< geri