Baki, FinanceTime. "Kaspersky Lab” şirkətinin araşdırmasının* nəticələrinə əsasən, kibertəhlükəsizlik üzrə bankların orta illik büdcəsi 58 mln. ABŞ dollarına bərabərdir: bu, maliyyə olmayantəşkilatlardan üç dəfə çoxdur. Əksər hallarda, bu xərclər özünü doğruldur: bank nümayəndələri bu ölçüdə olan digər şirkətlərə nisbətən kompüter cinayətlərinin daha az sayda olduğunu bildirib. Bundan başqa, respondentlərin 64%-i bildirib ki,investisiyaların geri qaytarılmasından asılı olmayaraqonlar təhlükəsizliyin daha da güclü olmasına sərmayə yatıracaq.
Kibermüdafiəyə yatırılan investisiyaların artımının əsas səbəbləri mövcuddurr: son bir neçə ildə maliyyə sektoru üçün təhdid sayı durmadan artır ki, onlar daha da mürəkkəb və ciddi nəticələrə gətirə bilər. Belə ki, bankların 70%-i ötən il onlar kiberfırıldağlar nəticəsində maliyyə zərəri çəkib. Ən çox narahatlıq mobil bankinq ilə bağlı risklər yaradır: respondentlərin 42%-i hesab edir ki, növbəti üç il ərzində kibermüdafiədən müştərilərin böyük hissəsi istifadə edəcək, lakin kibersavadlılığın səviyyəsi aşağı olaraq qalacaq. Bu hal mobil cihazlar vasitəsi ilə pul oğurluq hadisələrinin sayının artmasına gətirə bilər.
Banklar üçün digər aktual təhlükələr arasında fişinq durur: 2016-cı ildə 46% şirkətin müştəriləribu təhlükə ilə qarşılaşıb. Daha bir yüksək risk sahəsi – bankomatlardır.Ötən il bankomatlar üçün zərərli proqram təminatının həcmi 2015-ci illə müqayisədə 20% artıb, bununla belə hücumlar bankların yalnız 19%-ni narahat edir.
İstifadəçilərin ehtiyatsızlığı və hücumların sayının artmasıbankları təhlükəsizliyə olan prioritetləri dəyişməyə məcbur edir: araşdırmada iştirak edən respondentlərin 61%-i tətbiqlərin və saytların müdafiəsinin təhlükəsizliyini yaxşılaşdırmağı əsas prioritetlərindən biri hesab edir. İkinci yerdə (52%) daha etibarlı avtorizasiya sistemlərinin tətbiqi qərarlaşıb.
"Daim dəyişən kiberhücumlara qarşı mübarizə banklar üçün bir nömrəli tapşırığa çevrilir. Bütün zəif tərəfləri bağlamaq və maliyyə sektorunun təhlükəsizliyini təmin etmək üçünsözügedən sektorun nümayəndələri bəzi vacib şərtlərə riayət etməlidilər. Bu gün yalnız texniki təhlükəsizlik həllərindən yararlanmaq kifayət etmir.Eyni zamanda,ola biləcək hücumlardan informasiya toplamaq, əvvəlki hücumlara əsasən araşdırma aparmaq, kibertəhlükəsizliyin əsasları haqqında personalı məlumatlandırmaq qərəkdir“, - deyə “Kaspersky Lab" şirkətinin “Kaspersky Fraud Prevention”bölməsinin rəhbəri Aleksandr Yermakoviç bildirib.
“Kaspersky Fraud Prevention”–"Kaspersky Lab"ın maliyyə fırıldaqçılığın qarşısını almaq üçün bir həlldir. O, sadəcə fırıldağın nəticələrinin aradan qaldırılmasına deyil, həm də şirkətlər üçün qabaqcadan hücumu aradan qaldırmaq imkanı yaradır: platforma fəal oğurlama cəhdlərini blok edir, bununla təhlükəni hücumdan əvvəl aradan qaldırır.
Tədqiqatın nəticələri haqqında daha ətraflı "Kaspersky Lab”ın hesabatında tanış olmaq mümkündür:https://business.kaspersky.com/how-the-financial-industry-reacts-to-cyberthreats/6610
*"2016-cı ildə maliyyə kibertəhdidləri"adlıaraşdırma"Kaspersky Lab" şirkətinin sifarişi ilə15 ölkənin maliyyə institutlarının 800 nümayəndələri arasındakeçirilib..