1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta“Baharın 5 anı” hədiyyə kampaniyası təqdim edir
07.05.2018

Baki, FinanceTime. PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) ilə bağlı “Baharın 5 anı” hədiyyə kampaniyasına start verir.

Mayın 31-dək KASKO könüllü avtomobil sığortası məhsulu üzrə müraciət edəcək müştərilər kampaniyada iştirak etməklə baharın ən xoş anını PAŞA Sığortadan hədiyyə ilə yaddaqalan edə bilərlər. Beləliklə, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər bir fərdi müştəriyə 5 ədəd hədiyyəli mücrü təqdim ediləcək vəmüştəri təsadüfi seçim əsasında mücrüdən çıxan hədiyyəyə sahib olacaq.

Qeyd edək ki, 450-2500 AZN KASKO sığorta haqqına malik müştərilərə seçim üçün 100 AZN balansa malik Azpetrol yanacaq kartı, səyahət kuponu, “MyBrands” alış-veriş kartı, avtomobil üçün tozsoran, video-qeydiyyat cihazının yer aldığı mücrülər təqdim olunacaq. KASKO üzrə sığorta haqqı 2500 AZN-dən çox olan müştərilərə isə seçim üçün təqdim ediləcək mücrülərdə 200 AZN balansa malik Azpetrol yanacaq kartı, səyahət kuponu, “MyBrands” alış-veriş kartı, avtomobil üçün tozsoran və “bluetooth” qulaqcıq, video-qeydiyyat cihazı və “bluetooth” qulaqcıq hədiyyələri yer alır.

Hər zaman innovativ yanaşmalarla fərqlənən PAŞA Sığorta şirkəti müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə hədiyyə seçimi üçün müştərilərə xüsusi onlayn platforma təqdim edir. Bununla yanaşı, müştərilər istəyə uyğun olaraq KASKO əldə etdikdən sonra hədiyyə seçiminireal mücrülərlə həyata keçirmək üçün PAŞA Sığortanın baş ofisinə və ya “Port Baku” xidmət məntəqəsinə yaxınlaşa bilərlər.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə, o cümlədən Bravo Hipermarketdə yerləşən yeni satış məntəqəsinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment