|
|
|
Sığorta | | | Günay Sığorta şirkətində kəskin artım |
16.05.2018 | |
| |
Baki, FinanceTime. Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC-nin yığımları artıb. Şirkətin regionlarda və Bakıda fəaliyyət göstərən satış nümayəndələri işlərini peşəkarlıqla yerinə yetirərək 2018-ci ilin ilk 3 ayı ilə müqayisədə şirkətin yığımlarında kəskin artım müşahidə olunmasına səbəb olmuşdurlar. Belə ki, şirkətin ilk 3 ay ərzində yığımı 1 422 383,46 manat, tək aprel ayında isə yığım 1 167 574,86 manat olmuşdur.
Şirkətin yığımları ilə bərabər sığorta ödənişləri də artıb. 2018-ci ilin ilk 4 ayında şirkət müştərilərinə 999 343,85 manat sığorta ödənişi etmişdir. Şirkətin əsas məqsədi müştərilərinin inamını doğrultmaq və zamanla qazandığı etibarı itirməməkdir. Ona görə də ödənişlərin operativ və yüksək müştəri məmnuniyyəti ilə həyata keçirmək üçün daim yeni addımlar atılır və xidmət keyfiyyəti daha da yüksəldilir.
|
|
|
|