1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Hadisə olmasa sığorta haqqı geri qaytarılır – “QALA HƏYAT”DAN YENİ MƏHSUL
29.06.2018

Baki, FinanceTime.  Bundan sonra həyatını sığortalayan Azərbaycan vətəndaşları hadisə baş verməyəcəyi təqdirdə, sığorta haqlarını geri ala biləcəklər. Daha dəqiq tərif etsək, ölüm halı baş verməsə sığorta haqqı sığorta olunana qaytarılacaq.

Həyat sığortası bazarında maraqlı yenilikləri ilə seçilən «Qala Həyat» sığorta şirkətinin yeni məhsulu ölkə vətəndaşlarına belə imkan yaradıb. Bununla şirkət, həyat sığortasına yeni nəfəs verməyi düşünür, həyatın müxtəlif növ sığorta məhsullarının təbliğini və əhali arasında yayılmasını qarşısına məqsəd qoyur.

Şirkət bazara məhsul üzrə iki paket – A və B paketlərini təqdim edir. A paketi üzrə sığorta məbləği 500 AZN, sığorta haqqı isə 150 AZN nəzərdə tutulub. B paketində sığorta məbləği 1000 AZN-dən, sığorta haqqı isə 150 AZN-dən başlayır.

Həyat sığortası çox mühüm sığorta sahəsi olsa da, həyatını sığortalayan bəzi vətəndaşlar, hadisə baş vermədiyi təqdirdə ödənişlərinin boşuna sərf edildiyini düşünürlər. «Qala Həyat»ın təqdim etdiyi yeni məhsulda isə müştərilər hadisə baş verməyəcəyi təqdirdə, ödədikləri sığorta haqqının bir hissəsini və ya tam olaraq geri alacaqlar.

Bir illik bağlanan sığorta müqaviləsi üzrə A paketində ölüm hadisəsi olduğu halda sığorta məbləği 100% olmaqla faydalanan şəxsə ödəniləcək. Müştəriyaşadığı halda isə sığorta haqqı tam olaraq sığorta olunan və ya faydalanan şəxsə qaytarılır. 

B paketi A paketindən fəqrlənir. Belə ki, B paketi üzrə təminatda ölüm halı olarsa, sığorta məbləği 100% olmaqla faydalanan şəxsə ödəniləcək. müştəri yaşadığı halda isə sığorta haqqının 60%-i sığorta olunan və ya faydalanan şəxsə qaytarılacaq.

Bundan başqa, məhsulun üstünlüklərindən biri də bu məhsulu əldə edən müştərilərin pulsuz olaraq “Avropa Hüquq Xidməti” şirkətinin hüquqi məsləhət xidmətlərindən yararlana bilməsidir.

Eləcə də, B paketini əldə edən müştərinin sığorta haqqısı 2000 AZN-dən yüksək olduqda  o “Sfera” şirkətinin təqdim etdiyi beynəlxalq dərəcəli həkim məsləhətindən faydalanaraq “Qala Sığorta”dan 1 il müddətinə 14 günlük pulsuz səfər sığorta məhsulu əldə edə bilər.

Həyat sığortası sahəsində təqdim olunan bu yenilik əhaliyə sərfəli şərtlərlə sığorta xidməti göstərmək imkanı ilə yanaşı, həm də həyat sığortası və ümumilikdə sığorta sektoruna inamı da yüksəldəcək.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment